Ölkədə pomidor bu vaxt ucuzlaşacaq – Ekspert

 

May ayı başlasa da, pomidorun alış qiyməti hələ də yüksəkdir. Hazırda bazarlarda pomidor 4-5 manata təklif olunur.

Məsələ ilə bağlı danışan iqtisadçı Akif Nəsirli bildirib ki, hazırda bazara çıxarılan istixana polidorlarıdır deyə qiymətləri sahibkarlar diktə edir.

Ekspert qeyd edib ki, qarşıdan açıq sahədə pomidorun yetişdirildiyi dönəm gəlir, o zaman məhsul bir qədər ucuzlaşa bilər: “Mayın axırı, iyunda qiymət enəcək, amma keçən ilki qiymətlərdən yüksək olacaq”.

Akif Nəsirlinin sözlərinə görə, istixanaların böyük əksəriyyəti sıradan çıxarılıb: “Azərbaycanın kənd təsərrüfatı məhsulları əsasən Rusiyaya ixrac olunur. Digər ölkələrə hələlik ixrac imkanlarımız yoxdur. Rusiyaya alternativ Avropa ölkələridir, onların və Türkiyənin elə standartları var ki, ona çata bilmirik. Yolumuz təkcə Rusiyayadadır. Rusiyaya mal ixrac edən sahibkar mütləq AQTA-dan sertifikat almalıdır. Bu, iki ölkə arasında bağlanan müqavilə ilə əlaqədardır.

Bir neçə il bundan öncə qış ayında pomidorun 1 kiloqramının qiyməti 40 qəpiyə enmişdi. İstixanada yetişdirilən pomidor ixrac etmək alınmadı, Azərbaycan bazarına gətirildi və qiymət qışda yaydakından da aşağı təklif olundu”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password