Kremlə müəmmalı PUA hücumu: Təşkilatçı Ukrayna yox… – Şok iddia

 

Rusiya vətəndaşlarının cəbhəyə daha geniş səfərbər olmasına şərait yaratmaq üçün mayın 3-də Kremlə PUA hücumu təşkil edə bilərdi.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklərin fikrincə, bir neçə əlamət zərbələrin daxili qüvvələr tərəfindən təşkil olunduğunu və həyata keçirildiyini göstərir. Təhlildə qeyd edilir ki, Rusiya hakimiyyəti son zamanlarda xüsusən də Moskvada hava hücumundan müdafiəni gücləndirib. Bu baxımdan, iki pilotsuz təyyarənin bu müdafiə xəttinin bir neçə eşelonunu yarması və birbaşa Kremlin damında partlaması və ya vurulması, eyni zamanda kameralara düşməsi çox çətindir.

Yanvar ayına olan geolokasiya görüntüləri təsdiqləyir ki, Rusiya hakimiyyəti şəhər ətrafında hava hücumundan müdafiə dairələri yaratmaq üçün Moskva yaxınlığında “Pantsir” zenit-raket kompleksləri yerləşdirib.

“Kremlin insidentlə bağlı dərhal, ardıcıl və koordinasiyalı reaksiyası onu deməyə əsas verir ki, hücum daxildən elə hazırlanıb ki, onun gözlənilən siyasi nəticələri sürprizi üstələyib”, – məlumatda deyilir.

Analitiklər xatırladırlar ki, Kreml 2022-ci ilin sentyabr-noyabr aylarında işğal etdiyi Balakliya və Xersonu itirməsi də daxil olmaqla, digər hərbi uğursuzluqlara vaxtında və ardıcıl informasiya cavabı verə bilməyib.

Zərbələrin rəsmi rus versiyasının sürətli və tutarlı hesabatı göstərir ki, Rusiya müharibəni öz daxili auditoriyasına ekzistensial bir şey kimi təqdim etmək üçün hadisəni 9 May Qələbə Günü ərəfəsində təşkil edib”, – ISW bildirir.

Eyni zamanda, Moskva 9 May bayramının ləğvi və ya məhdudlaşdırılmasına haqq qazandırmaq üçün belə bir “hücum”dan istifadə edə bilər. Həmçinin Ukraynanı Rusiyanın “şanlı tarix”inə birbaşa təhlükə kimi göstərən informasiya kampaniyasını gücləndirməsi mümkündür./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password