Ermənistanın seçimi qalmadı – “Ya razılaşacaq, ya da…”

 

“İrəvan öz siyasətindən uzaqlaşmasa, deməli, prezidentin də dediyi kimi, bu, praktikada yeni geosiyasi reallıqda Ermənistanın daha da böyük təcrid olunması demək olacaq”.

Bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Azərbaycan dövlət başçısının Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərinə diqqət çəkib:

“Ermənistanla münasibətlərin normallaşmasına toxunan Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar prosesinin bəzi detallarına, xüsusən də Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda aparılan danışıqlara aydınlıq gətirib. Prezident qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin 4 variantını Ermənistana verib və Amerikanın paytaxtında təfərrüatları araşdırılır. Eyni zamanda, Azərbaycan Prezidentinin İrəvanın danışıqlar prosesini ləngitməyə çalışması və sülh müqaviləsinin erməni variantında Azərbaycana qarşı ərazi iddialarının yer alması ilə bağlı sözləri onu deməyə əsas verir ki, sülh müqaviləsi mətninin yekun variantının razılaşdırılması prosesinin gecikdirilməsi riski var.

Dövlət başçısı vurğulayıb ki, qondarma DQR-i sülh müqaviləsinin mətninə daxil etmək cəhdi əks nəticə verir. Görünür, belə bir cəhd var və bu, Vaşinqtondakı danışıqlarda edilir.

İrəvan öz siyasətindən uzaqlaşmasa, deməli, prezidentin də dediyi kimi, bu, praktikada yeni geosiyasi reallıqda Ermənistanın daha da böyük təcrid olunması demək olacaq. Yəni Ermənistan indiyədək necə təcrid vəziyyətində yaşamışdısa, yeni reallıqda da belə olacaq, həm də bu dəfə Qarabağsız yaşayacaq. Yeni dünyaya xoş gəlmisiniz”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password