Bir qrup vətəndaş gömrük xidmətindən narazıdır – VİDEO

 

Bir neçə vətəndaş gömrük orqanlarında çətinlik yaşayıb.

Xezerxeber.az bildirir ki, şikayətçilərdən biri karqo şirkətinin sahibi Sahil Cəfərovdur.

Sahil Cəfərov iddia edir ki, onun şirkətinə aid mallar gömrük tərəfindən əsassız şəkildə saxlanılıb və buraxılmır.

Başqa bir şikayətçi isə ona aid olan bağlamanı gömrük ərazisindən çıxara bilmədiyini deyir.

Şikayətçi İlqar Mirizadə bildirir ki, Moskvadan Bakıya gələndə özü ilə bərabər ümumi gömrük dəyəri 800 dollardan artıq olmayan mal gətirib, amma onun bağlaması gömrük əməkdaşları tərəfindən yoxlamaya alınıb. Vətəndaş iddia edir ki, gətirdiyi malları götürmək üçün əlavə pul ödəyib.

İddialarla bağlı Hava Nəqliyyatı Baş Gömrük İdarəsi şikayətlərə ayrı-ayrılıqda aydınlıq gətirib. Bildirilib ki, şikayətçi sahibkar Sahil Cəfərovun hazırda gömrük nəzarətində olan heç biri malı yoxdur. Şikayətçi İlqar Mirizadənin gömrüyə təqdim etdiyi sənədlər isə uyğunsuzluq təşkil edib. Bu səbəbdən araşdırmaya göndərilib. Nəticə olaraq gətirilən malların şəxsi istifadə kateqoriyasına aid olmadığı müəyyən edilib. Qanunla vətəndaş şəxsi istifadə üçün 800 dollar məbləğində mallar gətirə bilər. Lakin əgər bu mallar kommersiya məqsədli olduqda limiti aşmasa belə, rüsuma cəlb olunmalıdır.

Daha ətraflı videomaterialda:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password