Bakı və İrəvandan kritik addım – “Moskva da mane ola bilməyəcək”

 

“Mayın sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Bu ayın axırına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması planlaşdırılır. Bu durumda və bundan kənarda Rusiya Azərbaycana deyil, Ermənistana təzyiq rıçaqlarına malikdir. ABŞ-dakı danışıqlarda müsbət irəliləyişdən narahat olan Rusiya sülh prosesini hər vəchlə pozmağa çalışacaq. Bu baxımdan, Rusiyanın Ermənistan daxilində təxribata əl atması mümkündür”, – ekspert bildirib.

Məhəmməd Əsədullazadə Rusiyanın bu planının effektliliyinə şübhəylə yanaşır:

“Kremldə sevilməyən Nikol Paşinyanın Ermənistan daxilində güclü dəstəyi var. Eyni zamanda, sülh müqaviləsini imzalaması müqabilində onun ABŞ-dan özünün və hakimiyyətinin təhlükəsizliyi üçün təminat aldığına şübhə yoxdur. Bu baxımdan, Rusiyanın Ermənistan daxilində törədə biləcəyi təxribat əks-effekt verə bilər.

Hələlik ayın axırına kimi vaxt var. Ukraynanın Rusiyaya qarşı əks-hücuma başlaması haqda məlumat dolaşır. Üstəgəl, bu ərəfədə Kremlin dronla Moskvaya ciddi mesajı idi. Son gəlişmələr Moskvanı xeyli əndişələndirib. Ona görə də sülh prosesinə mane olmaqçün Ermənistan daxilində siyasi sabitliyi pozmağa çalışacaq. Amma Ukrayna ordusunun uğurlu əks-hücumu Moskvanın diqqətini cəbhəyə yönəldəcək. Hazırda bu səbəbdən Cənubi Qafqaz tam diqqətindən kənarda qalıb.

Azərbaycana gəldikdə, Rusiyanın ölkəmizə təzyiq mexanizmi xeyli zəifləyib. Son addımlarımız da bunu göstərir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password