BMTM sədri Vaşinqton görüşünü şərh edib: “Ermənistan bu dəfə sülh məsələsinə daha ciddi yanaşır”

 

“Vaşinqton görüşündə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyişin əldə olunacağı ilə bağlı gözləntilər var. Düzdür, ötən ilin sonuna qədər də belə bir ümid vardı, lakin məsələ bu dəfə daha ciddidir”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi nəhayət bu işə ciddi yanaşır: “Çox güman ki, keçirilən görüşlərdə sənədlərin imzalanması haqqında müzakirələr aparılır. Hələ də bəzi məqamlarla bağlı fikir ayrılıqları mövcuddur. Bu günlərdə aparılan danışıqlar uğurla bitsə, bir-iki ay ərzində nəticə əldə edəcəyik”.

Ötən il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə rəsmi İrəvanın müəyyən sənədlər imzaladığına diqqət çəkən F.Şəfiyev vurğulayıb ki, sonradan Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən çəkinib:

Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurmasından danışan İdarə Heyətinin sədri əlavə edib ki, Qarabağ erməniləri ilə bağlı beynəlxalq mexanizmin olması istənilir: “Lakin bu, Azərbaycanın daxili məsələsidir. Hesab edirəm ki, bu sərhəd-keçid məntəqəsinin qurulması danışıqlar predmeti olmayacaq. Qarabağ erməniləri mövzusunu da daxili məsələmiz kimi müəyyən qədər hansısa beynəlxalq tərəfdaşlarla müzakirə edə bilərik. Bu baxımdan sülh sazişi üzrə danışıqlarda sözügedən məsələlərin müzakirə ediləcəyini düşünmürəm”.

Qeyd edək ki, mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları bir neçə gün davam edəcəyi gözlənilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password