Azərbaycanda diplomu tanınan universitetlərin siyahısı kim tərəfindən müəyyənləşdirilir?

 

Son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər, bir qayda olaraq, xarici ölkələrin universitetlərinə üz tuturlar. Təhsil alıb qayıtdıqdan sonra isə diplomların tanınmasında problem yaşanır. Bu problemin səbəblərindən biri də abituriyentlərin xarici ölkədə universitet seçərkən o universitetin Azərbaycanda tanınıb-tanınınması ilə bağlı əlaqədar dövlət qurumunda siyahı və ya göstərişlərin olmamasıdır. Azərbaycanda tanınan universitetlərin siyahısı nə xarici diplomların tanınmasını həyata keçirdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) nə də Elm və Təhsil nazirliyi tərəfindən müəyyənləşdirilib.

Bəs Azərbaycanda tanınan universitetlərin siyahısı kim tərəfindən müəyyənləşdirilir?

Məsələ ilə bağlı sualları cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, Elm və Təhsil nazirliyi və ya TKTA universitet siyahısını verməsə də, istinad edə biləcəyəmiz müəyyən mənbələr var ki, burada universitetlərin təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilirik.

“Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Dolayısı ilə, tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var.

TKTA diplomların tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin müvafiq qurumuna müraciət olunur. Bunun məqsədi odur ki, TKTA tələbənin təhsil aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir. Çalışmaq lazımdır ki, üzrlü səbəblər istisna olmaqla, tələbə daha çox zamanını təhsil aldığı ölkədə keçirsin.

Digər və ən önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt eşidilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz”, – deyə K.Əsədov qeyd edib.

Ekspert həmçinin bildirib ki, bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distanat və ya fərdi (individual) qrafik üzrə təhsil almağa üz tuturlar.

“Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyin və abituriyentlərin məlumatsızlığından stifadə edərək onları bu formada təhsil almağa yönəldirlər.

Bəli, həmən universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Həmən şirkətlər valideyin və abituriyentə Təhsil nazirliyi tərəfinfən həmən universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Ammma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil.

Hal hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmən ölkənin ərazisibndə azı 15 gün, əyani təhsil alanlar isə 90 gün simestr ərzində olmalıdırlar.
Əgər onların simestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasında imtina olunur.

Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Hansı ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan və keçərsiz olan diplom əldə edirlər. Və nəticə etibari ilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər”, – deyə ekspert əlavə edib./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password