Azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştlər qüvvəyə minib

 

“Qarabağda yeni güzəştlər qüvvəyə minib.

Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödəniləcək. Ödənişlər aylıq olaraq hesablanacaq və sahibkarın hesabına köçürüləcək. Güzəştlər bu ildən başlayaraq növbəti 10 ildə tətbiq olunacaq”.

Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“Yeni güzəştlərə əsasən, əgər sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə, onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılacaq”, – deyə deputat qeyd edib.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, işğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar üçün geniş güzəşt paketi tətbiq olunur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password