“Azərişıq” Şəkinin kəndlərində elektrik şəbəkəsini yenidən qurur, yoxsa…

 

Şəki rayonun Baş Göynük kəndində yaşayan Həmidov Məmməd Əhməd oğlu tərəfindən  Prezident İlham Əliyevə,  Prezidentin köməkçisi Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Energetika naziri Pərviz Şahbazova, Hesablama Palatasının sədrinə, Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayevə, “Azərişıq” ASC-nin İdarə Heyətinin sədrinə və digər bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə  “Azərişıq” ASC- tərəfindən Şəki rayonun Baş Göynük və Aşağı Göynük kəndlərində aparılan elektrik şəbəkəsinin yenidən qurulması işində yol verilmiş ciddi maliyyə pozuntuları barədə müraciət unvanlanıb.

Aktualinfo.org vətəndaş Məmməd Həmidovun müraciətini olduğu kimi təqdim edir:

Xatırladım ki, 2021-ci ildə “Azərişıq”ASC tərəfindən  yenidənqurma işləri çərçivəsində 70 abonenti olan Şəki rayonun Balyanı kəndində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 8 km-a yaxın 10 kV-luq, 4 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib. O cümlədən 45 abonenti olan Aşağı Göynük kəndin də eyni qayda ilə elektrik xətlərinin, dirəklərinin yenidənqurulması prosesi yekunlaşsa da, nəzərdə tutulan 400 kv-lik gücə malik elektrik transformatoru yenilənməmiş, 50 il əvvəl qoyulmuş köhnəsinin üst hissəsi rənglənərək yenidən istifadəyə verilmişdir. Aşağı Göynük Baş Göynük yolunun 1-ci km-də yerləşən bu transformatorun ətrafı açıq olduğundan yerli sakinlər və onların mal qarası üçün real təhlükə mənbəyi hesab olunur.

Elektrik şəbəkəsi 2021-ci ildə yenidən qurulan digər kənd isə Şəkinin qədim Baş Göynük kəndidir. Təxminən 1500 abonenti olan doğma kəndimizdə  yenidənqurma işlərindən  sonra 10-12  ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14 km-a yaxın 10 kV-luq, 37 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənsə də 1981-ci ilin dekabr ayında 10000 voltluq elektrik xətlərini birləşdirən taxta-şalban materialdan hazırlanan elektrik dirəklərinin heç birisi beton və yaxud dəmir boru dirəklərlə əvəzlənməmişdir. Standartlara görə hər 25 ildən bir dəyişilməli olan şalban dirəkləri tam yarasız hala düşmüş və yıxılmaq üzrədirlər. Buna baxmayaraq kəndimizdə elektrik şəbəkəsinin yenidən qurulması zamanı sənədləşmələrdə bu dirəklər yenisilə “ƏVƏZLƏNSƏ” də köhnələr indi də yerində qalmışdır. Ən təhlükəlisi isə budur ki, “kabelləşmə” zamanı yeni elektrik xəttlərinin köhnə ağac dirəklərdən quraşdırılması zamanı yüklərin ağırlığından bu yarasız dirəklərdə əyilmələr və deformasiyalar əmələ gəlmişdir. Hər hansı güclü külək zamanı bu dirəklərin aşması nəticəsində 10000 voltluq elektrik cərəyanı olan xəttlərin evlərin və ya sakinlərin üzərinə aşması təhlükəsi hazırda qalmaqdadır. Belə yarasız vəziyyətə düşmüş şalban dirəklərin kənddə olan sayı 70-ə yaxındır. Verilən məlumata görə vaxtı keşmiş şalbanlar sənəd üzrə yenisilə əvəz edilmişdir. Yəni, köhnələrin çıxarılması, yeni dirəklərin basdırılması, elektrik xəttlərinin yenidən quraşdırılması və s. xidməti işlərin görülməsi üçün dövlət büdcəsindən külli-miqdarda vəsait sənəd üzrə mənimsənilmişdir.

Xatırladaq  ki, yenilənmə zamanı Baş Göynük  kəndində abonentlərin sayğacları da dəyişdirilməmişdir.

Araşdırma zamanı məlum olmuşdur ki,  elektrik şəbəkəsinin yenidən qurulması ilə əlaqədar investisiya layihəsi həyata keçirilən hər iki kənddə kobud qanunpozuntusu hallarına yol verilmişdir. Yerli elektrik şəbəkə işçisi etiraf etmişdir ki, istər Aşağı Göynük kəndindəki transformator, istərsə də Baş Göynük kəndini əhatə edən elektrik dirəklərinin hamısı yenilənməli idi. Göründüyü kimi “Azərişıq” ASC tərəfindən həyata keçirilən işlər zamanı rəhbərliyin yol verdiyi korrupsiya faktlarının nəticəsi olaraq biz kənd sakinlərinin həyatları daima  təhlükə altında qalmışdır. Budur, 13 mart 2023-cü il tarixli şikayətimizdən sonar, “Azərişıq” ASC-nin Şəki Elektrik Paylayıcı Şəbəkəsi rəhbərliyi qaldırılan problemlərin aradan qaldırılması üçün tədbirlər görmək əvəzinə, daha da “İRƏLİ” gedərək Baş Göynük kəndinin girəcək hissəsində, “Nar topu” adlanan yerdə 5-6 il əvvəl quraşdırılmış 400 kv-a-lıq yeni model transformatoru açıb naməlum istiqamətdə aparmışlar. Yerli sakinlərin etirazına da məhəl qoyulmamışdır. Sakinlər məsələni yerli İcra nümayəndəliyinin nəzərinə çatdırmışlar ki, təcili tədbirlər görülsün. Şəki EPŞ-nin işçiləri isə etiraz edən sakinlərə bildirmişlər ki, “Sizə nə lazımdır? İşığın evdə yanması, digər transformatora qoşulub, probleminiz olmyacaq.” Bəli, onlar 70-ə yaxın abonentin elektrik təchizatının digər köhnə transformatora yükləməklə işlərini bitmiş hesab etmişlər. Və çox güman ki, kəndimizin sakinləri üçün nəzərdə tutyulan yeni model transformatoru da göbələk kimi yaranmaqda olan aqroparkların elektrik təchizatı üçün qanunsuz olaraq aparıb özəl şəxslərə satmışlar. (foto və video əlavə olunur) Biz sakinlər onu da bildirmişik ki, vaxtilə, təxminən 20 il əvvəl məhəllə camaatının hər bir ev üzrə 50 manat olmaqla alıb qoyduğumuz Sovet modelli transformatoru geri qaytarıb yerinə qoysunlar. Bu tələb də qulaqardına vuruldu. Yəni, görünən budur ki, “Azərişıq” ASC sistemində tam özbaşnalıq və korrupsiya tüğyan edir. Və nə qədər ki, kürümüş elektrik taxta-şalbanları biz sakinlərin başına düşüb faciə baş verməyib, təcili tədbirlərin görülməsi təxirəsalınmaz məsələdir.

Ona görə də cənab Prezidentdən və aidiyyatı qurumların rəhbərlərindən xahiş olunur ki, kəndimizdə elektrik şəbəkəsinin yenidən qurulması zamanı yol verilmiş ciddi qanunpozuntu hallarının, yeni model transformatorun qanunsuz sökülüb  aparılmasından hər hansı faciə baş verməmişdən öncə qısa müddət ərzində aradan qaldırılmasına göstəriş verilsin. Əvvəlcədən təşəkkürlər.

elektrik direyi çürümüş vəziyyətdə.jpgTransformator yeni sökülüb 11.jpg

Transformator 22 yeni.jpg

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password