“Türkiyəni dayandırmağın yeganə yolu…” – Ağlasığmaz təklif

 

Türkiyəyə düşmənçilik etməkdən çəkinməyən Yunanıstan mətbuatı bu dəfə nüvə silahı iddiası ilə gündəmə gəlib.

“Yunanıstan Türkiyəni əngəlləyə bilərmi?” adlı məqalədə Türkiyəni dayandırmaq üçün müxtəlif ağlasığmaz təkliflər irəli sürülüb.

Afinanın beynəlxalq ictimaiyyətin dəstəyini qazanması üçün Türkiyəni “təcavüzkar kimi” göstərməyin həyati əhəmiyyət daşıdığını dilə gətirən yunan mediası mümkün qarşıdurma durumunda Yunanıstanın diplomatik üstünlük əldə etməsi üçün Gökçeada, Bozcaada və Trakyanı işğal etməsi lazım olduğunu iddia edib.

Məqalədə Türkiyəni çəkindirməyin ən ideal yolunun Yunanıstanın nüvə silahlarına və bir sıra raketlərə sahib olmasının lazımlığı qeyd olunub:

“Bu, kiçik bir ölkənin daha güclü rəqiblərin qarşısını ala biləcəyi yeganə yoldur. Pakistanın nüvə silahına sahib olması Hindistanı son dərəcə ehtiyatlı edir. Eynilə, İsrailin nüvə silahına sahib olması ərəbləri danışıqlara açıq saxladı. Nüvə silahları Şimali Koreyada Kim Çen In rejiminin salamat qalmasını təmin edir”.

Yunan mətbuatı hava və dəniz üstünlüyü olmayacağı təqdirdə məğlubiyyətin qəti olacağını yazıb:

“Yunanıstan 1897-ci ildə olduğu kimi, Türkiyənin irəliləyişini dayandırmaq üçün böyük dövlətlərə yalvaracaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password