Sel və daşqınlarla müşahidə edilən hava şəraiti nə vaxtadək davam edəcək?

 

“Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, Kiçik Qafqazda yerləşən çaylarda sel gözlənilir:

“Hazırda Şamaxı rayonunda yerləşdirdiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsində, eyni zamanda Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur. Ən çox yağıntı Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində müşahidə edilib və bu təxminən 3 aylıq normaya bərabər yağıntı kimi qeydə alınıb”./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password