Professor: “Ərdoğanın uğurlu siyasəti bu ölkəyə yenə də rəhbərlik etməsinə zərurət yaradır”
“Prezident Rəcəb Tayyib Ərdoğanın 20 ildən çoxdur Türkiyə üçün etdikləri edəcəklərinin sübutudur. Onun idarəetmədə qazandığı təcrübə, ölkə daxilində və xaricində apardığı uğurlu siyasət bu ölkəyə yenə də rəhbərlik etməsinə zərurət yaradır”.
Bunu Türkiyənin İhsan Doğramacı adına Bilkent Universitetinin professoru Əmrulla Məmmədov bildirib.
33 ildir Türkiyədə yaşadığını deyən professor uzun illər ASELSAN-da, Türkiyə Milli Müdafiə Nazirliyində çalışdığı üçün müdafiə sənayesi sahəsində uğurlu inkişaflara şahid olduğunu vurğulayıb:
“Əslində retrospektiv olaraq baxdığımız zaman 1990-1991-ci illərdə Türk Silahlı Qüvvələrinin təchizat, logistika, istehsal edilən silah-sursat imkanları 15 faiz civarında idi. 2022-ci ilin ortalarında olan məlumatlarda isə bu rəqəm 78 faiz oldu.
Bu il mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə 3 ay qalmış fevralın 6-da baş verən dağıdıcı zəlzələnin Türkiyəyə 108 milyard dollar həcmində zərər verdiyini bildirən professor fəlakətin seçkilərə də təsirsiz qalmadığını, amma Prezident Ərdoğanın bu çətinliklərdən də çıxış yolu tapdığını vurğulayıb:
“Bütün bunlar, bir idarəetmə bacarığının nəticəsidir. Təsəvvür edin ki, İkinci Dünya Müharibəsindən sonra, daha doğrusu, 1950-ci ildən 2001-ci ilə qədər Türkiyədə fabrik və digər infrastrukturları qurmaq üçün ölkəyə birbaşa gələn xarici sərmayə 55 milyard civarında idi. Son 20 ildə isə bu rəqəm 210-220 milyard civarındadır. Bu da onu göstərir ki, son 20 ildə xarici investorlar Türkiyədəki inkişafa, iqtisadiyyata inanaraq bu ölkəyə investisiya yatırımı edib. Yəni bu faktları barmaqla saymaqla yetməz”./report.az