Türkiyə kimi seçəcək? – Partiya-partiya, namizəd-namizəd son durum

 

“Optimar” Araşdırmalar Mərkəzi Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar 25-29 aprel tarixləri arasında apardığı son sorğunun nəticələrini açıqlayıb.

Sorğu ölkənin 77 vilayətində 3005 respondent arasında aparılıb.

Sorğuya görə, hakim partiya – AKP 38.6 faiz, ən yaxın rəqibi CHP isə 30.1 faiz səs toplayıb. Prezident seçkilərində Cümhur İttifaqının namizədi Prezident Rəcəb Tayyib Ərdoğan 48.6 faiz, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 44.1 faiz səs alıb.

Araşdırmada İYİ Partiya və Yaşıl Sol Partiya adıyla seçkilərə gedən HDP-dəki eniş diqqətdən qaçmayıb. İYİ Partiya 7, Yaşıl Sol Partiya isə 7.8 faiz səs toplayıb.

Sorğuya görə, seçki ikinci tura qalarsa, Prezident Ərdoğan 51.4 faiz, ən yaxın rəqibi Kılıçdaroğlu isə 48.6 faiz səs alacaq.

Bundan əvvəl “Areda Survey” də son sorğusunun nəticələrini açıqlamışdı. Araşdırmaya 14 193 nəfər qatılıb.

“Prezident seçkilərində hansı namizədə səs verəcəksiniz” sualına respondetlərin 51.1 faizi Rəcəb Tayyib Ərdoğanın adını çəkib. Mümkün ikinci tur üçün isə Ərdoğanın səs nisbəti 53.3 faiz olub.

Parlament seçkilərində də Cümhur İttifaqı öndədir.

“Parlament seçkilərində hansı partiyaya səs verəcəksiniz” sualına belə cavab verilib:

AKP – 41.3 faiz

CHP – 26 faiz

 

MHP 8.8 faiz

Yaşıl Sol Partiya – 8.7 faiz

İYİ Partiya – 7 faiz

Məmləkət Partiyası – 2.8 faiz

Türkiyə Fəhlə Partiyası – 1.7

Yenidən Rifah Partiyası – 1.5 faiz

Zəfər Partiyası – 1.4 faiz

Böyük Birlik Partiyası – 0.4 faiz

Digəri – 0.4 faiz

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password