Sərhəd Xidməti əməkdaşları Balakənin Məzımçay postunda süni maneələr yaradırlar
Nəzərinizə çatdırıram ki, mən bir sürücü olaraq özümə məxsus ( RN 072 RN nömrəli) TIR avtomobilimlə dövlətlərarası müxtəlif yüklərin daşınması ilə məşğul oluram. Növbəti dəfə 9 ədəd müxtəlif markalı minik avtomobillərini Gürcüstan ərazisindən Azərbaycan ərazisinə keçirmək istərkən 27 aprel , saat 12-də Gürcüstan tərəfi sənədlərimin qaydasında olduğuna görə məni sərhəddən buraxmışdır. 27 aprel gecədə Azərbaycan dövlət sərhəddində yerləşən gömrük əməkdaşları da sənədlərimin qaydasında olduğunu bildirərərək “yaşıl işıq” yandırmışlar. Lakin çox təəssüflər olsun ki, Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşları məni müxtəlif bəhanələrlə 2 gündür ki, əsassız olaraq saxlayırlar. Əvvəl bəhanə etdilər ki, hələlik buraxmırıq, ona görə ki, Qaradağ rayonu ərazisində yerləşən və “Meyvəli” adlanan ərazidəki, Dövlət Qeydiyyat İdarəsində avtomobillərin sayı çox imiş, ona görə, sonrakı gün də müxtəlif bəhanələr uydurdular. Yəni bunların məqsədi budur ki, bu gün, yəni 29 apreldə saat 12-də vaxt bitsin və məni Azərbaycana buraxmasınlar ki, bəs Nazirlər Kabinetinin məlum qərarı qüvvəyə minib.
Ona görə də cənab Prezidentlər Sizlərdən xahiş edirəm ki, birlikdə Gürcüstan-Azərbaycan sərhəddinin Balakən rayonu ərazisindəki Mazımçay postunda dövlət Sərhədd Xidməti əməkdaşları tərəfindən əsassız saxlamağıma və bürokratik əngəlliklərə son qoyulsun ki, mənə etibar edilmiş avtomobilləri ünvanlarına vaxtında çatdıra bilim. Əvvəlcədən hər ikinizə minnətdarlığımı bildirirəm.
Aktualinfo.org