Xəzərdən qalxan “sirli təyyarə”: Dünyanın ən sürətlisi, SSRİ-nin rəmzi… – İlginc faktlar

 

Ukraynaya gün ərzində raket hücumu Rusiyanın TU-95MS strateji bombardmançılarının o qədər də effektli olmadığını təsdiqlədi.

Bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

“Bu gün Ukraynaya raket hücumları ilə bağlı daha bir məqam var ki, bundan xeyli əvvəl gəlinən qənaətləri təsdiqləyir. Rusiyanın hava məkanında 10 ədəd TU-95MS raketdaşıyıcısı uçub. Bunların hər biri 8 raketdən ibarət “standart yük” daşıyır. Amma 23 raket atılıb. Bu da o deməkdir ki, bir təyyarədə standart yük 2-4 raketdən ibarətdir”, – ekspert bildirib.

Kovalenkonun fikrincə, TU-95-lərin gerçək xüsusiyyətləri mifləşdirilib. Ekspert sözügedən təyyarə ilə bağlı indiyədək bəlli olan məlumatların əslində şişirdildiyini iddia edir.

“Belə deyilsə, niyə üç TU-95-dən istifadə edilməyib?”, – Kovalenko vurğulayıb.

 

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya bu gün Xəzər dənizi hövzəsindən TU-95 strateji təyyarələri ilə bu ölkəyə hücum edib. Ukrayna aviasiyası təyyarələrdən atılan 23 ədəd “X-101” və “X-555” qanadlı raketindən 21-ni vurub.

NATO sənədlərində “Ayı” adlandırılan TU-95 SSRİ və Rusiya turbovintli strateji bombardmançı-raketdaşıyıcı, turbovintli mühərrikləri olan dünyanın ən sürətli təyyarəsi hesab olunur. İddiaya görə, bu, indiyədək dünyada turbovintli mühərriklərə malik yeganə seriyalı bombardmançı və raketdaşıyıcıdır. TU-95 “soyuq müharibə” dövründə hərbi-strateji paritetin təmin edilməsində SSRİ-nin simvoluna çevrilmişdi.

Reaktiv təyyarələrə nisbətən daha az yanacaq sərfiyyatı və peyklərdən gizlənə bilməsi səbəbindən, o cümlədən qanadlı raketlərin daşıyıcısı kimi xidmətdə qalır. “The National Interest”ə görə, TU-95-i “köhnəlmiş silah” hesab etmək sadəlövhlükdür, uzaq məsafəyə uçmaqla yanaşı, onun əsl silahı ən son qanadlı raketlərdir. 5500 km məsafəyə uça bilən TU-95 istənilən hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsində olan hədəfləri vura bildiyi də iddialar arasındadır. Ukraynaya ilk hücumunda isə özünü sübut edə bilmədiyi deyilir./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password