İran bəslədiyi azərbaycanlı terrorçuları həbs edib?

 

İranın “Azəriha” saytı İrana bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunduğu haqda məlumat yayıb.

Xəbər indiyə qədər heç bir rəsmi saytda dərc edilməyib, rəsmi mənbələr tərəfindən də nə təsdiq, nə də təkzib edilib.

“Hüseyniyyun” Azərbaycan Respublikasında islam dövləti qurmaq hədəfi ilə SEPAH-ın Qüds briqadası tərəfindən yaradılan terrorçu qruplaşmadır.

İranın özünün yaratdığı terrorçu qruplaşmasının aparıcı qüvvələrini həbs etməsi inandırıcı görünmür. Həmin şəxsləri tutub Azərbaycana verəcəyi də imkansızdır. Belə olan halda İranın 40 ildir yaratdığı və özünümüdafiə sisteminə çevirdiyi “şiələrin müdafiəçisi” təbliğatı tamamilə məhv ola bilər. Regionda İranı dəstəkləyən bütün hərbi qruplaşmalar arasında etimadsızlığa gətirib çıxardar. Bu səbəblərdən xəbərin düzgün olduğuna inanmaq çətindir.

Yanlız bir halda İran belə bir addım ata bilər. İran-Azərbaycan münasibətlərində son aylarda baş verən gərginlikdə bu şəxslərin də rolu olsa – Azərbaycan səfirliyinə və Azərbaycanda millət vəkilinə qarşı terror aktları – və Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən bununla bağlı ciddi faktlar mövcud olsa, İran belə bir addım ata bilər. Bu da sırf öz imicini və etibarını bəzilərini qurban verməklə qorumaq məqsədi ilə ola bilər.

Lakin belə olan halda da həmin şəxslərin Azərbaycana verilməsi mümkünsüzdür.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password