Daşkənd Beynəlxalq İnvestisiya Forumunun ikinci günü keçirilir

 

Daşkənd Beynəlxalq İnvestisiya Forumunun (TIIF-2023) ikinci günü keçirilir.

Planlaşdırılan panel müzakirələrində tədbir iştirakçıları Daşkəndin beynəlxalq maliyyə mərkəzi kimi potensialından, biznes imkanlarından, elektron kommersiyasından, MDB ölkələri arasında əməkdaşlığın dərinləşməsinin perspektivlərindən, energetika məsələləri, “ağıllı” investisiyalar və kənd təsərrüfatınadək geniş spektrli məsələləri müzakirə etməyi planlaşdırırlar.

Həmçinin bir sıra investisiya sazişlərinin imzalanması gözlənilir.

Qeyd edək ki, ötən gün, yəni aprelin 27-də tədbirin açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açılış nitqi ilə çıxış edib. Daha sonra plenar sessiya keçirilib.

Daşkənd Beynəlxalq İnvestisiya Forumu bütün Mərkəzi Asiya regionu üçün irimiqyaslı dialoq platforması olub beynəlxalq investisiya və işgüzar birliklərin Özbəkistanın investisiya potensialı ilə tanış olmasına imkan verir.

Forumun məqsədi Özbəkistanın dinamik şəkildə inkişaf edən bazarına inteqrasiyada maraqlı olan böyük xarici investisiya, maliyyə-iqtisadi təşkilatların və şirkətlərin rəhbərlərini cəlb etməkdən ibarətdir.

TIIF-2023-də Aİ ölkələri, ABŞ, Böyük Britaniya, MDB ölkələri, Türkiyə, Çin, Cənub-Şərqi Asiya ölkələri, Hindistan, Misir və Yaxın Şərq ölkələrindən olmaqla 2500-dən yuxarı şəxs iştirak edəcək. Müqayisə üçün bildirək ki, ötən il iştirak üçün 1,5 mindən çox şəxs müraciət etmişdi.

Bu il plenar sessiyaların, həmçinin 28 panel sessiyasının və “dəyirmi masaların”, bir sıra böyük investisiya sazişləri və ticarət müqavilələrinin imzalanma mərasimlərinin, işgüzar dünyanın aktual mövzuları, o cümlədən investisiya sektorunun inkişaf tendensiyaları, maliyyə institutlarının rəqəmsallaşması, müasir pul-kredit siyasəti üzrə diskussiyaların keçiriləcəyi gözlənilir. Bu tədbirlərdə 150 spiker iştirak edəcək./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password