ABŞ SEPAH rəsmilərinə sanksiya tətbiq etdi – ADLAR

 

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı və Rusiya Federal Təhlükəsizlik Xidmətini (FSB) sanksiyalar siyahısına salıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yer alıb.

Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi İranda ABŞ vətəndaşlarının qanunsuz həbsinə görə məsuliyyət daşıyan SEPAH Kəşfiyyat Təşkilatının dörd yüksək vəzifəli rəsmisinə sanksiya tətbiq edib.

Sanksiya tətbiq olunan rəsmilər arasında Ruhullah Bəzqandi (əks-kəşfiyyat rəsmisi), Məhəmməd Kazemi (SEPAH komandiri, İranda vətəndaş cəmiyyətini sıxışdıran və ikili vətəndaşlar da daxil olmaqla iranlı müxalifləri həbs edən əməliyyatlara nəzarət edir. O, həmçinin Məhsa Əmininin öldürülməsindən sonra ölkə daxilindəki etirazlara qarşı qəddarlıqla nəzarət edib), Məhəmməd Mehdi Səyyari ( SEPAH-da həmsədr müavin) və Məhəmməd Həsən Mohağeği (İnqilab Keşikçiləri Korpusunun baş briqada generalının müavinidir, Suriyada əks-casusluq əməliyyatları üzrə əlaqələndirici vəzifəsində çalışıb) var.

Qeyd olunub ki, bugünkü sanskiya ABŞ vətəndaşlarının xaricdə girov götürülməsinə və ya qanunsuz həbsunə cavabdeh olan İranla yanaşı Rusiyadakı yüksək vəzifəli məmurları və təhlükəsizlik xidmətlərini də hədəf alır./apa.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password