Fransanın Ermənistana bir dəfə də olsun çağırış etməsinin şahidi olmadıq – Ceyhun Bayramov
Biz Fransanın bir dəfə də olsun Ermənistana çağırış etməsinin şahidi olmadıq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə bugünkü mətbuat konfransında deyib.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna 26 aprel tarixində Azərbaycana rəsmi səfərə gəlib. Fransalı nazir Azərbaycandan sonra Ermənistana və Gürcüstana gedəcək.