Ərdoğanın son durumu açıqlanıb

 

“Prezident Rəcəb Tayyib Ərdoğanın sağlam və güclü formada vəzifəsinin başındadır”.

Bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya idarəsinin rəisi Fəxrəddin Altun bildirib.

O deyib ki, bəzi dairələr ölkə liderinin səhhətinə dair əsassız məlumatlar yayırlar və bununla siyasi qazanc əldə etməyə çalışırlar.

Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.

Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.

Dövlət başçısının aprelin 26-na nəzərdə tutulan proqramı təxirə salınmışdı. R.T.Ərdoğan ötən gün evində istirahət edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password