Gözlənilməz gəlişmə: Ermənistan və Gürcüstan gizli şəkildə… – Şok iddia

 

Moskvanın Ukraynaya təcavüzü ilə əlaqədar tətbiq etdiyi Qərb sanksiyaları keçmiş sovet ittifaqının digər ölkələrində də böyük biznes deməkdir, çünki vasitəçilər Rusiyaya əldə olunmayan malların yenidən satışından kapital qazanmağa çalışırlar.

Bu barədə ABŞ-ın “Politico” qəzeti yazır.

Litva xarici işlər naziri Qabrielus Landsberqis nəşri deyib ki, rusları alkoqol, dəbdəbəli mallar və digər Qərb malları ilə təmin edən yeni tədarük zəncirləri Avropanın Moskvanı cəzalandırmaq səylərinə xələl gətirir və bloklanmalıdır.

“Avropa Birliyinin sanksiyalarından yan keçmək birliyimizin təməl prinsiplərini sarsıdır”, – deyən Landsberqis qeyd edib ki, bəzi Cənubi Qafqaz (Ermənistan və Gürcüstan) və Mərkəzi Asiya ölkələrinin Rusiya ilə dolayı ticarət əlaqələri sürətlə inkişaf edir.

“Trade Data Monitor” platformasının gömrük qeydləri göstərir ki, Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra qonşu Gürcüstanda Rusiya ilə ticarət dövriyyəsi təxminən 22 faiz, federasiyaya spirtli içkilərin ixracı 100 faizdən çox artıb. Eyni dövrdə Qazaxıstanın Rusiyaya ixracı kəskin artaraq, təxminən 57 faizə çatıb.

Dünya Bankının məlumatına görə, Rusiya ilə sıx ticarət əlaqələri saxlayan Ermənistanın ÜDM-i ötən il gözlənilmədən 11 faiz artıb, Rusiyaya ixrac isə əvvəlki illə müqayisədə 5 dəfə, Rusiyadan pul köçürmələri isə 7 dəfə çoxalıb.

Alman iqtisadçı Yanis Kluq qəzeti deyib ki, üçüncü ölkələr vasitəsilə Rusiyaya yeni ticarət axını var. Kluqa görə, idxalın əksəriyyəti istehlak mallarıdır ki, istehsalçıları öz məhsullarını Rusiyaya satmaq istəmədiklərini deyirlər, əksinə, Rusiya ilə yaxın əlaqələri olan ölkələrə satışı kəskin şəkildə artırırlar.

“Bu, böyüyən və Rusiyanın qonşularından ixracın güclü artmasına töhfə verən çoxmilyardlı bir biznesdir”, – iqtisadçı vurğulayıb.

Moskvada fəaliyyət göstərən bir restoranının sahibi anonimlik şərti ilə bildirib ki, barında Qərb brendləri (spirtli içkilər) təqdim olunur: “Pivə birbaşa gəlir. Spirt Qazaxıstandan, “Coca-Cola” Gürcüstandan”.

“Coca-Cola”nın nümayəndəsi deyib ki, şirkət Rusiyaya ixraca icazə vermir:

“İstənilən icazəsiz idxalın qarşısını almaq üçün tədbirlərimiz Gürcüstan istisna olmaqla, Rusiya, Belarus, Qazaxıstan və Ermənistan da daxil olmaqla keçmiş sovet respublikalarının vahid bazarı olan Avrasiya İqtisadi İttifaqı çərçivəsində azad ticarətlə bağlı tənzimləyici amillərlə məhdudlaşır”.

“Karnegi” mərkəzinin eksperti Temur Umarovun fikrincə, bu yeni gəlir mənbələri keçmiş Sovet İttifaqının periferiyasında yerləşən ölkələrə ciddi təkan verir. O, rusiyalı iş adamlarının Qazaxıstan, Qırğızıstan və hətta Avrasiya İqtisadi Birliyinə daxil olmayan Özbəkistandakı tərəfdaşları ilə bu yöndə işlədiklərini iddia edir./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password