Ukraynanın əks hücumunun tarixi açıqlandı- “Hücumda 12 briqada iştirak edəcək”

 

“Ukrayna əks-hücumu may ayında keçirməyə hazırlaşır”.

Bunu “The New York Times” nəşri öz mənbələrinə istinadla yazıb.

Xəbərdə deyilir ki, hücumda hərəsi 4 min nəfərlik canlı qüvvədən ibarət olan 12 briqadanın iştirak edəcəyi gözlənilir. Bu briqadaların aprelin sonuna qədər tam hazır olacağı bildirilir.

Bu məlumatlar Pentaqonun mətbuata sızdırılmış materiallarında da yer alıb.

Məlumatda bildirilir ki, ABŞ və Avropa generalları Ukrayna Ordusunun uğurlu əks-hücum üçün lazımınca silah-sursatla təmin olunduğu fikrindədirlər. Belə ki, Ukrayna Silahlı Qüvvələri artıq Avropa tankları və Amerika zirehli transpartyorları, eləcə də NATO qüvvələrinin təlim keçdiyi şəxsi heyətlə təmin olunub.

Bununla yanaşı, bildirilir ki, Putin qətiyyən geri çəkilmək fikrində deyil.

Xatırladaq ki, bundan öncə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov artıq yaz aylarında Ukrayna Ordusunun Krıma daxil olacağını proqnozlaşdırıb, Prezident Volodimir Zelenski isə bildirib ki, Ukrayna Ordusu yeni briqadalar hazırlayır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password