Hesablama Palatası ötən il yarım milyard manatdan çox uyğunluqdan kənarlaşma aşkarlayıb

 

Hesablama Palatasının 2022-ci ildə başa çatdırdığı auditlərlə ümumi uyğunluqdan kənarlaşma 530,1 milyon manat, maliyyə hesabatlarında mahiyyətə təsir edən təhrif məbləği 564,5 milyon manat, uçota dair tələblərin pozulması ilə bağlı təhrif məbləği isə 233,3 milyon manat müəyyən edilib.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, uyğunluq auditlərinin 66 %-də müəyyən edilmiş meyarlara uyğun olma (bəzi məsələlər istisna olmaqla), 34 %-də isə əhəmiyyətli uyğunsuzluqların olması ilə bağlı rəy verilib.

Maliyyə auditləri üzrə 5 müsbət, 2 şərti-müsbət, 1 mənfi rəy verilib, 1 audit üzrə isə məlumatlar tam olmadığından rəy verilməsindən imtina edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password