Çavuşoğlu Baydenə cavab verib: “Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” iddialarına cavab verib.
Bunu Çavuşoğlu tviterdə yazıb.
O bildirib ki, siyasi şarlatanlar yenidən səhnəyə çıxıb:
“Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”, – o deyib.
Qeyd edək ki, Bayden daha əvvəl 1915-ci il hadisələrini “soyqırımı” kimi qiymətləndirmişdi.