“Azərbaycanın blokpost qurması heç bir razılaşmanı pozmur”-Yevgeni Mixaylov

 

“Bakı Ermənistan sərhədlərindən Xankəndiyə gedən yolda blokpost yaratmaqla Azərbaycanın Qarabağ bölgəsində və ümumən Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsi istiqamətində çox ciddi addım atıb”.

Bu barədə Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırmaları” (“Jurnalistskiye rassledovaniya”) “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov Azərbaycan və Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, əgər Rusiya sülhməramlılarına xəbərdarlıq edilibsə, deməli kuluarda artıq Rusiya tərəfi ilə razılaşma olub.

“Bu vaxta qədər vəziyyət çox gərgin idi. Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin quraşdırılması bu gərginliyi aradan qaldırır”, – deyə politoloq əlavə edib.

Ekspert məsələ ilə bağlı rəsmi İrəvandan heç bir müqavimət görünmədiyi, yalnız İrəvan hakimiyyətinin çığır-bağırının eşidildiyini vurğulayıb:

“Orada qəfil xatırladılar ki, Rusiya müttəfiqdir, halbuki bundan əvvəl Ermənistan həm hərbçiləri, həm də polisi olan Aİ missiyasını dəvət etdi, İrəvanda Rusiya hərbi bazasına və sülhməramlı kontingentinə (RSK) qarşı mitinqlər çoxaldı, RSK-nın başqa ölkələrin nümayəndələri ilə əvəzlənməsi təklifləri gəlməyə başladı. Bu vəziyyət isə bir çox mediada yazıldığı kimi Rusiyada böyük gərginliyə səbəb oldu”.

Mixaylov hazırkı hadisələrin İrəvanı sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı üçtərəfli bəyanatlarda nəzərdə tutulan tapşırıq və şərtlərin həlli ilə razılaşmağa məcbur edərsə, təəccüblənməyəcəyini deyərək, əvvəllər Ermənistanın buna razı olmadığını xatırladıb:

“Mənə İrəvanın şikayətlərinə Moskvanın cavabı maraqlıdır. Axı çətinliyə düşəndə onlar dərhal fəryada başlayırlar: “Rusiya, kömək et, xilas et!” Bəs niyə daha çox nəzər yetirdikləri Qərb tərəfdaşlarına müraciət etmirlər? Onların tapşırığı ilə Ermənistan ölkə üzərindən Rusiyaya sanksiya tətbiq olunan malların tədarükünün dayandırıldığını elan edir və bu zaman Rusiyanın sanksiyalar altında olması səbəbindən əldə etdiyi milyardlarla qazancı itirməkdən qorxmur. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (Roma Statusu) yurisdiksiyasını tanıması Rusiya tərəfinə tüpürmək idi. Əslində, Ermənistanda millətlərüstü strukturun qərarları həyata keçirilməlidir. Bundan sonra isə bəzi erməni siyasətçilərinin Rusiya Prezidenti Vladimir Putinin İrəvana gedəcəyi təqdirdə həbs olunacağı ilə bağlı fikirləri eşidildi. Bu zaman Paşinyan özü məcbur olub hayqırdı ki, Putini həbs etməyəcəklər”.

Politoloq, ümumiyyətlə, Ermənistanda bunu necə dilə gətirdiklərini anlamadığını bildirib.

“Söhbət mövzusuna qayıdaraq bildirim ki, Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin quraşdırılması heç bir razılaşmanı pozmur. Bu, Bakıda da bəyan edildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində mülki yüklərin, erməni millətindən olan insanların daşınmasının təhlükəsizliyinə təminat verir. Qaçaqmalçılıqdan, hərbi yükdən isə söhbət belə getmir”, – deyə Mixaylov sözlərini yekunlaşdırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password