Bülbülə qəsəbəsindəki Samir Əliyev kuçəsi həm də Rəşad Hacıyevin adını daşıyır

 

Son vaxtlar elektron kütləvi informasiya vasitələrində Suraxanı rayonu ərazisində, müxtəlif təyinatlı obyektlərin, fərdi yaşayış evlərinin tikilməsi ilə əlaqədar ayrı-ayrı yerlərdə, qəsəbələrdə, küçələrdə yaşıllıqların məhv edilməsi ilə bağlı çoxsaylı məlumaylar yayılır. Google internet axtarış sistemi üzərindən apardığımız araşdırmalarda Suraxanı rayonu ərazisində ağacların qanunsuz kəsilməsinin son günlərdə deyil, hələ bir neçə il əvvəl də baş verdiyini göstərən az sayda məlumatlar üzə çıxdı. Bu isə onu göstərir ki, rayon ərazisində ağacların kütləvi şəkildə qırılması, qanunsuz tikililərin çoxalması Əziz Əziovun Suraxanı rayonuna icra başçısı təyin olunmasından sonra başlayıb.

Ötən il Aktualinfo.org  Suraxanı rayonu, Yeni Suraxanı, Yeni Günəşli, Bülbülə və digər qəsəbələrində, köhnə ”Sədərək” və “Binə” Ticarət Mərkəzlərinin yeri və ətrafından tutmuş, Hövsan qəsəbəsinin ərazisinə qədər hər yerdə, şəhərsalma planlarına uyğun olmadan qanunsuz tikinti işlərinin aparılması barədə məlumat yaymışdı. Bir il ərzində adıçəkilən ərazilərdə saysız hesabsız ağacların kəsilərək yerində ticarət obyektlərindən tutmuş fərdi yaşayış evlərəinə qədər coxlu tikinti işləri aparılıb. Buralarda bu gün də hektarlarla ərazilər hasarlanıb, tikinti işləri aparılır. Ötən yazılarda da qeyd etdiyimiz kimi, bütün bunların hamısı isə Əziz Əzizovun Suraxanı rayonuna İcra başçısı təyin edilməsindən sonra baş verməsi özlüyündə çox şeylər ifadə edir. Yəni, tikinti işləri birbaşa Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun göstərişi ilə bağlı hasara alınır və tikinti işləri aparılır.

Əldə etdiyimiz məlumatlara görə bu işlərin başında təkcə Əziz Əzizov dayanmır. Deyilənlərə görə bu işlərin başında həm də Suraxanı rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev dayanır. Kimdir Rəşad Hacıyev? Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal  Nağdəliyevin sevimli kürəkəni. Məlumatlara görə hətta rayondan yuxarı instansiyalara, daha çox da Prezident Adminstrasiyasına ünvanlanan şikayət məktublarına heç baxılmır da. İcra başçısı Əziz Əzizov da birinci müavininin bu qohumluq tellərindən məharətlə istifadə edərək Suraxanıda istədiklərini reallaşdırır.

Qeyd edək ki, Suraxanı rayonunda qanunsuz tikililər, daha doğrusu tikintisinə pul müqabilində Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilmiş ərazilər təkcə yuxarıda qeyd etdiyimiz ünvanda deyil. Əldə etdiyimiz ən səhih məlumatlara görə Bülbülə qəsəbəsi Samir Əliyev mərkəzi kuçə bu gün demək olar ki, tamamilə Rəşad Hacıyevin ixtiyarındadır. Belə ki, sözügedən küçədə inşa olunmuş obyektlərin hamısı Rəşad Hacıyevin göstərişləri ilə reallaşıb. Hazırda küşədə yaşıllıqlar hasara alınıb, yeni tikinti işlərinin aparılmasına start verilib. Əməkdaşımızın sözügedən küçədən çəkdiyi şəkillərdən də görsəndiyi kimi, Samir Əliyev mərkəzi kuçəsində boş yer qalmayıb. Tikintisi başa çatmış obyektlərin arxasında olan ərazilər də artıq hasarlara alınıb. Bu isə o deməkdi ki, ərazilər artıq satılıb. Burada qanunsuzluqlar o həddə çatıb ki, hətta Ali Məhkəmənin qərarlarına belə baxılmır. Belə ki, Ali Məhkəmə Bülbülə qəsəbəsi Samir Əliyev mərkəzi kuçəsində tikilmiş üç mərtəbəli obyektin sökülməsi barədə qərardad çıxardığı halda, obyekt sahibi artıq dördüncü mərtəbəni tikməkdədir. Onun da arxasında Rəşad Hacıyevin durduğu bildirilir. Bir sözlə bu gün Bülbülə qəsəbəsindəki Samir Əliyev mərkəzi kuçəsi həm də Suraxanı rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyevin adını daşıyır.

Göründüyü kimi son illər Suraxanı rayonu ərazisində qanunsuz tikililərin sayı çoxalıb. Rayon ərazisində bu kimi hallara kimlərin rəvac verdiyi hamıya bəllidi. Amma nə adı bir çox alqı-satqı əməllərində hallanan Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, nə də  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəsmilərinə gözün üstündə gaşın var deyən yoxdu. Eləcə də nə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, nə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlilərinə. Çünki, işlərin başında Rəşad Hacıyev, arxasında isə daha da yüksək çinli bir məmur dayanır.

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password