Paşinyandan sülh anonsu – İrəvan artıq Bakı ilə razılığa gəldi?

 

Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq həzm edilmir ki, edilmir. Söhbətin hansı dövlətlərdən getdiyi isə hər kəsə məlumdur. SSRİ-nin “mirası” olan Qarabağ münaqişəsini sonlandıran, regional təhlükəsizliyin təmin edilməsi istiqamətində prioritet hesab edilən 44 günlük Vətən müharibəsi və onun 30 illik işğalın başa çatdığının elanı hesab edilən 10 Noyabr üçtərəfli Bəyanatının imzalandığı gündən bu yana Nə İrəvan özünü məğlub kimi göstərməyə çalışır, nə də ona havadarlıq edən qüvvələr, dövlətlər, siyasi liderlər bu imkanı yaradırlar. 

Daha konkret desək, keçmiş ritorikanın unudulmasına imkan verməyənlər, Azərbaycana qarşı təzyiq vasitəsi kimi baxdıqları Qarabağ ətrafındakı proseslər yerli-dibli həllini tapmasından çox narahatdırlar. Bu proses isə regionu yeni eskalasiya ilə üz-üzə qoymaqdır. Lakin geridə qalan 3 ilə yaxın müddət ərzində rəsmi Bakı daha ağıllı qırarlar qəbul edərək, riskləri, təhlükələri və gözləntiləri doğru-dürüst götür-qoy edərək strateji aktivlərinin üzərinə yenilərini qoymaqla hər ötən gün əsas hədəfinə biraz da yaxınlaşır. Azərbaycan bölgənin yenidən qanlı-qadalı günlərinə qayıtmasının tamamilə əleyhinədir.

Azərbaycandan fərqli olaraq Ermənistandan eyni istək, eyni arzunu görmürük. Rəsmi İrəvan ancaq beynəlxalq güclərin diqqətini Qarabağa yönəldib, orada hər hansı bir təxribatlar törədərək vəziyyəti gərgin həddə çatdırıraraq Azərbaycanla belə şəraitdə sülhdən danışmağın imkansız olduğu təəssüratı yaratmaq cəhdlərindən bir an olsun o gün- bu gün əl çəkmir. Lakin Nikol Paşinyan başda olmaqla digər Ermənistan rəsmiləri bu qdər təxribat fonunda dərhal Azərbaycan ilə güya barışa hazır olduqları mesajlaını verməklə dünyaya, beynəlxalq təsisatlara mesaj verməyə çalışırlar ki, “Biz Azərbaycanla sülh müqaviləsi imzalamağa, qonşuluq prinsipləri əsasında sabit şəraitdə normal münasibətlər qurmağa hazırıq. Lakin Azərbaycan tərəfi hələ də buna hazır deyil”.

Eyni addımları bu gün Nikol Paşinyanın timsalında müşahidə etdik. Ölkə parlamentində çıxış edən erməni baş nazir son bir həftədə Azərbaycana qarşı törədilən, – istər Laçında şərti sərhəddə, istər hərbiçimə qarşı zorakılığı əks etdirən kadlar olsun, istərsə də İrəvanda Beynlxalq idman turnirində üçrəngli bayrağımıza qarşı iki dəfə ard-arda hörmətsizlik (yandırıldı, bayraq cırılaraq asıldı), – təxribatlar fonunda yenidən “Biz beynəlxalq münasibətlərimizdə Ermənistan Respublikasının ərazisi kimi 29,8 min kvadrat km, Ermənistan SSR-nin ərazisini tanımaqla və digər ölkələrə hər hansı ərazi iddiamızın olmadığını və olmayacağını qəbul etməklə sülh mümkün olacaq”, “Biz Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyırıq” kimi bəyanatlar səsləndirməklə beynəxalq ictimiayyətin fikrini qarışdırmağa, çaşdırmağa cəhd edir.

Ona görə yenidən dedim ki, bundan öncə də anoloji vəziyyətlə qarşı-qarşıya qalmışıq və rəsmi İrəvanın səsləndirilən bu bəyanatları indiyə kimi bir dəfə də olsun praktiki olaraq icra etdiklərinə şahid olmadıq.

O, bunu İkinci Qarabağ müharibəsindən sonra bir neçə dəfə söyləyib. Nikol Paşinyan parlamentində ötənilki çıxışında da başqa bir etiraf etmiş, Ermənistanın Qarabağ yükünü daşımadığını bildirmişdi.  Ancaq o bu çıxışından sonra addım atmadı. Ona görə də Paşinyanın bu cümləsində qeyri-adi heç nə yoxdur, təkrarlanan fikirlər, deyilmiş kəlmələr, əmələ gəlincə isə hər hansı bir hərəkətlilik nəzərə çarpmır.

Əksinə, pərdə arxasında Azərbaycanı təxribatlara çəkən, vəziyyəti gərginləşdirməyə can atan bir Ermənistan mövcuddur. Ermənistan baş naziri bu dəfə də lazımi sözlər deyib, yenədə də prosesləri praktiki mərhələyə daşımaqdan imtina edəcəksə, ardını gətirməyəcəksə, həm ölkə daxilində gərgin vəziyyəti daha da gərginləşdirəcək, həm də Bakını İrəvanla hərb dilində danışmağa məcbur qoyacaq.

Paşinyan bu fikirlərlə Azərbaycanın ərazi bütövlüyünə və Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olduqları mənzərəsini yaratsa da, bu məsələdə İrəvana sona qədər güvənmək Azərbaycanı quru yurdda qoya bilər. Buna görə də rəsmi Bakı çomağını qəti şəkildə əlindən yerə qoymamalıdır.

Əslində müharibədən məğlubiyyətlə ayrılan Paşinyana yenidən səs verən erməni əhalinin böyük əksəriyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanımağa çoxdan hazırdır. Lakin Ermənistanın sülh sənədinə qol çəkmək, Bakının təqdim etdiyi 5 maddəlik prinsipi qəbul etmək əvəzində fikrini İrandan, Hindinstandan yeni hərbi texnika almağa yönəldərək regional təhülkəsiliyə təhdid olmaq cəhdlərini davam etdirəcəksə, Azərbaycan buna seyirci qalmayacaq. Çünki Bakıda çox gözəl bilirlər ki, İrəvanın hərbi gücünün artması yenidən Azərbaycana qarşı onlardan istifadə niyyəti güdür.

Amma Bakıya irtəvanın “axilles dabanı” məlumdur. Ən azından 2 il öncəsində Azərbaycan Ermənistanı savaş meydanında dizi üstə çökdürsə də, başını qoparmağa Rusiya qoydusa, bu gün İrəvan Qərbyönlü siyasəti ilə ən böyük havadarı və xilaskarından da məhrum olmaq üzrədir. Bu isə Bakının işini biraz da asanlaşdırır.

Digər tərəfdən də nəzərə alsaq ki, Azərbaycan məqsədlərində və legitimliyində inamlı, qətiyyətlidir, bu məsələdə ictimai rəydən gələn sifarişlər də dövlətə dəstək olur, o zaman Ermənistan üçün sülhdən qaçmanın, vəziyyəti növbəti dəfə dalana dirəmək planlarının hansı ağır nəticələrlə yekunlaşmaq ehtimalını çox düşünməyə gərək qalmır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password