Ecevit sağ olsaydı, kimi dəstəkləyərdi: Ərdoğan, yoxsa Kılıçdaroğlunu?

 

Demokratik Sol Partiyasının (DSP) sədri Öndər Aksakalın Cümhur İttifaqına qatılması və Prezident Rəcəb Tayyib Ərdoğana dəstəyi gündəmdən düşmək bilmir.

Aksakal növbəti dəfə niyə Cümhur İttifaqına üstünlük verməsindən danışıb.

“Konstitusiyamızın ilk dörd maddəsinə hörmət edən birliklərin yanında olmaq bizim üçün həmişə prioritet olub. Bu, mərhum başqanımız Bülənt Ecevitin gətirdiyi qaydadır. Millət İttifaqının bu ilk dörd maddə ilə bağlı problemi var. Bülent Ecevit yaşasaydı, Cümhur İttifaqında olardı”, – partiya sədri bildirb.

Aksakal müxalifətin “Altılıq Masası” blokunu tənqid edib:

“Bizim üçün kürd problemi yoxdur. Kürdlər yalnız Diyarbəkirdə yaşayırlar? İstanbulda kürd problemi varmı? Niyə Diyarbəkirdədir? Bu, imperialistlərin Türkiyəni parçalamaq layihəsidir. HDP çıxıb desin ki, PKK terror təşkilatıdır. Türklüyün konstitusiyadan çıxarılmasını təklif edən bir “Masa” var”.

Aksakalın açıqlamaları DSP-nin qurucusu Ecevitin CHP-dən niyə ayrılmasını da gündəmə gətirib.

Ecevit 2004-cü il iyulun 25-də siyasi karyerasına son qoyarkən, Kamal Dərviş və CHP-ni tənqid edərək hökumətə xəbərdarlıq etmişdi:

“Atatürk öz mülkləri imiş kimi, sanki Atatürkün başlatdığı inqilabların açarları onlardaymış kimi davranırlar. Buna görə də xalqı özlərindən uzaqlaşdırırlar. Bizdən daha Atatürkçü, bizdən daha inqilabçı kim var? Amma biz Atatürkü anlayırıq və onun istəklərini hamıdan yaxşı yerinə yetiririk. Keçmiş partiyam olan CHP-nin bu məsələni yaxşı düşünməsini istərdim”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password