Politoloq: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi İrəvana sərf edir”

 

“Avropa İttifaqı(Aİ) Ermənistanın Azərbaycan ilə sərhədində yerləşdirilən missiyanı genişləndirməkdə maraqlıdır”.

Bunu Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

“Avropa İttifaqının müttəfiqi olan Ermənistan da Aİ missiyasının genişlənməsinə və onun mülki missiyadan mülki-hərbiyə çevrilməsinə haqq qazandırmaq üçün gərginliyin alovlanmasında maraqlıdır”, – Markov qeyd edib. Onun fikrincə, məhz buna görə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi rəsmi İrəvana sərf edir.

Eyni zamanda, rusiyalı politoloq qeyd edib ki, hərbi-texniki baxımdan Ermənistan heç bir şəkildə Azərbaycana müqavimət göstərmək iqtidarında deyil və əgər hərbi təxribat olarsa, erməni ordusu darmadağın ediləcək.

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 4 erməni hərbçisi məhv edilib, 6-sı yaralanıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password