Hulusi Akar: “Sonuncu terrorçu məhv edilənədək mübarizəmizi davam etdirəcəyik”

 

“Terror təşkilatları çökür və hazırda onlar xeyli çətinliklərlə üzləşiblər”.

Bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Kayseridə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda terror təşkilatlarına üzvlük sıfır səviyyəsindədir və buradan qaçış halları çoxalıb: “Artıq terror təşkilatlarının üzvləri çöküş prosesini etiraf edirlər. Biz bunu dünyanın da görməsini gözləyirik”.

H.Akar bildirib ki, sonuncu terrorçu məhv edilənədək Türkiyə Silahlı Qüvvələri mübarizəsini davam etdirəcək: “Şəhidlərimizin qanını yerdə qoymuruq və qoymayacağıq. Hərbçilərimiz də vəzifələrini layiqincə icra edirlər”.

Suriyanın şimalında terror dəhlizi qurmaq istəyənlərin olduğunu xatırladan nazir Türkiyənin buna imkan vermədiyini vurğulayıb: “Terrorçuların arxasında kim olursa dursun, onlara necə kömək lazımdırsa göstərilsin – bütün buna baxmayaraq, biz yenə də vəzifəmizi icra edəcəyik. Bizim kimsənin dini və irqi ilə işimiz yoxdur, amma terrorla məsafə saxlamayanlarla ciddi problemimiz var”.

H.Akar qeyd edib ki, Türkiyə hazırda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə yanaşı terrorla mübarizəni də davam etdirir: “Türkiyə indi çox ciddi mübarizə aparır. Bu mübarizəmiz uğurludur. Mübarizəmizin nə qədər uğurlu olduğunu, nə qədər çox məsafə qət etdiyimizi bütün dünya gördü. Fevralın 6-da baş vermiş zəlzələdən sonra Türkiyə Silahlı Qüvvələri bütün imkanları ilə vətəndaşların yanındadır. Həmin zəlzələ əsrlər boyu gördüyümüz ən ciddi təbii fəlakət idi. Amma 81 vilayətdə 85 milyon vətəndaşımız da dövlətin yanında oldu. Yəni çiyin-çiyinə verdik, qarşılıqlı əməkdaşlıq nəticəsində yaralarımızı sağaltmağa başladıq. Bu mübarizəyə indi də davam edirik. Silahlı Qüvvələrimiz həmişə xalqın yanındadır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password