Bu seçkilər ölkəmizin gələcək yarım əsrini müəyyən edəcək – Ərdoğan
Türkiyədə zəlzələ bölgəsində 1442 ev, 250 kənd evi və 47 mağaza inşa edilib.
Malatyada inşa edilən tikililərin açarlarının vətəndaşlara təslim edilməsi mərasimində dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Prezident Ərdoğan çıxışında “Məqsədimiz 650 min yeni mənzil və kənd evi tikərək şəhərlərimizi normal həyata qaytarmaqdır”, – deyib.
Onun sözlərinə görə, həmin evlərdən 319 mini bir il ərzində təhvil veriləcək:
“Biz ilk növbədə kiçik sənaye sahələrində 6 min iş yeri yaradıb təhvil verəcəyik. Malatyada 70 min mənzil və 25 min 300 kənd evi tikməyi planlaşdırmışıq”.
Ölkə başçısı qarşıdan gələn prezident seçkiləri barədə isə bunları deyib:
“Türkiyə tarixi bir seçki yaşayacaq. Bu seçkilər ölkəmizin və millətimizin təkcə önümüzdəki 5 ilini deyil, həm də gələcək yarım əsrini müəyyən edəcək”.