İran Ermənistanı silahlandırır: bu təxribat gözlənilən idi
İranın Ermənistanı silahlandırdığı gözlənilən idi. Ukraynaya qarşı işğalçı müharibəni genişləndirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket verən İran eyni silahları strateji tərəfdaşı Ermənistana da ötürüb. Gələn xəbərlərə görə, Ermənistan Laçın istiqamətində hərbçilərimizi İran istehsalı olan hərbi texnikaların vasitəsilə atəşə tutub.
Bu sözləri politoloq Elxan Şahinoğlu laçın istiqamətində ermənilərin dünənki təxribatı haqda qeyd edib.
O bildirib ki, 9 apreldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağıran İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin erməni həmkarına lazımi təlimatlar verdiyi aşkardır:
“Görüşdən sonra “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik” deyən Əli Şamxani Armen Qriqoryanı Azərbaycan əleyhinə gərəkli addımlara “cəsarətləndirib”. Qriqoryan da bu təlimatları Baş nazir Nikol Paşinyana və ordu rəhbərliyinə çatdırıb. Ermənistan və Qarabağ separatçıları Rusiya və İranın Azərbaycana qarşı istifadə etdikləri alətlərdir. Halbuki, İkinci Qarabağ müharibəsindən və ötənilki sentyabr döyüşlərindən sonra Ermənistan Azərbaycana qarşı istənilən təxribatdan çəkinməliydi. Çəkinmirlərsə, demək onları qızışdıranlar var. Bunun nəticəsidir ki, Ermənistan nə Azərbaycanla sülh sazişi imzalamaq istəyir, nə sərhədin müəyyələşməsiylə bağlı danışıqlara başlayır, nə də Zəngəzur dəhlizini açmağa həvəs göstərir. Biz isə təmas xəttində möhkəmlənməli və Qarabağın tamamında ərazi bütövlüyü və suverenliyimizin bərpası çalışmalarını davan etdirməliyik. Başqa alternatimiviz yoxdur”./axar.az