“Gəncə Dövlət Dram Teatrının tikintisində korrupsiya aşkarlanıb
Hesablama Palatası 2022-ci il üzrə İş planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılan dövlət investisiyaları üzrə uyğunluq auditi aparıb.
Auditlə “Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının inşası” layihəsi (2014-2022-ci illər) və bu layihəyə istifadə edilən 42434,2 min manat vəsait əhatə olunub.
Audit nəticəsində müəyyən edilib ki, “Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının inşası” layihəsinə yönəldilən 44538,0 min manat məbləğində vəsaitlərdən istifadənin auditi nəticəsində 42434,2 min manat məbləğində vəsaitdən istifadə edildiyi müəyyən olunub, qənaət edilmiş 2103,8 min manat məbləğində vəsait hesabına əlavə olaraq teatr binasında ilkin layihədə nəzərdə tutulmayan, lakin müasir tələblərə uyğun olan qonaq otaqları və iaşə sahələri yaradılaraq tam təchiz olunmuş, obyektin ətraf ərazilərində abadlıq işləri yerinə yetirilib, habelə binada teatr muzeyekspozisiyası yaradılaraq eksponatlarla təmin edilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının inşası obyekti üzrə dövlət investisiya layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifi tam tərtib olunmamış, qüvvədə olan normativ hüquqi aktlara uyğun hazırlanmış və təsdiq edilmiş layihə-smeta sənədləri, texniki-iqtisadi hesablamalar Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyib, obyekt üzrə hazırlanmış “Layihə tapşırığına” bir neçə dəfə dəyişiklər edildiyindən layihə-smeta sənədlərinin hazırlanmasına 197,0 min manat və yenidən ekspertizadan keçirilməsinə 26,0 min manat olmaqla, ümumilikdə 223,0 min manat xərc edilib, işlərin satın alınması məqsədilə podratçı təşkilatla 2 halda (2015-ci və 2018-ci illərdə) bağlanmış satınalma müqavilələrin şərtlərini dəqiqləşdirən sənəd olan xüsusi və texniki şərtlər tərtib edilməyib.
Obyekt üzrə tərtib edilmiş smeta sənədlərində tikinti materiallarının fiziki göstəricilərinin mövcud normativlərdən fərqli tətbiq edilməsi nəticəsində 130,0 min manat məbləğində kənarlaşmaya yol verilmiş, smeta sənədlərində göstərilən iş həcmlərinin “Yerinə yetirilmiş işlərin qəbulu Akt”larına daxil edilərkən düzgün hesablamaların aparılmaması (hesab səhvi) səbəbindən podratçıya 33,3 min manat artıq vəsait ödənilib, obyektə fiziki baxış keçirilərkən 227,3 min manat dəyərində işlərin yerinə yetirilmədiyi və 125,1 min manat dəyərində (12 adda) 35 AUDITOR TRIBUNASI 2023, №1 mebel və inventarın yerində olmadığı müəyyən edilib. Audit dövründə çatışmamazlıqlar tam bərpa olunub.