Dünənki döyüş təsdiqlədi: Çox yaxında görəcəksiniz ki…

 

Bu döyüşlər – qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisini tamamilə tərk etdikdən, Ermənistan, nəhayət, öz gələcəyinə adekvat baxaraq, ağılla və konstruktiv şəkildə üçtərəfli bəyanatı addım-addım həyata keçirməyə başlayandan, onu uzun onilliklər ərzində məhv edən millətçilik ideyası və revanşizm ilə vidalaşandan sonra bitəcək.

Bunu rusiyalı politoloq və hərbi ekspert İqor Korotçenko ermənilərin Laçın istiqamətində dünənki təxribatını şərh edərkən deyib.

“Bunun dinc yolla, yoxsa xüsusi əməliyyatla baş verəcəyini ancaq təxmin etmək olar. Mən yalnız əvvəlki tezisimi təkrarlaya bilərəm: Bakının siyasi, diplomatik səylərinin dəqiq “cərrahi” qərarlarla birləşməsi göz qabağındadır. Və bu, regionda dinc sabitliyə nail olunmasına, separatçıların qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasına yönəlmiş siyasətin uğurunu təmin edəcək. Bu nəticə qaçılmazdır. Sözügedən prosesə qarşı çıxmaq mənasızdır. İqtidar, qüdrət, güc, müdriklik Azərbaycanın tərəfindədir, belə bir güc balansı çox yaxın gələcəkdə bu problemin həllini təmin edəcək. Çox yaxın gələcəkdə bunun şahidi olacağıq”, – o bildirib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password