Daha bir qonşuyla ərazi mübahisəsi: Rusiya nöqtəni qoydu – “Qaytarılmayacaq”

 

Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan sonra ona məxsus Kuril arxipelaqı – İturup, Kunaşir, Şikotan adaları keçmiş SSRİ-nin nəzarətinə keçdi. Müharibədən bir müddət sonra Tokio ilə Moskva arasında danışıqlar başladı. 1960-cı illərdə SSRİ-nin o zamankı rəhbərliyi Kuril adalarından ikisini Tokio ilə sülh sazişi qarşılığında Yaponiyaya geri qaytarmağa razı idi. Ancaq SSRİ-də hakimiyyət dəyişikliyi baş verdi və Kreml vədini unutdu.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri deyirlər ki, SSRİ dağıldıqdan sonra Tokio müstəqilliyini qazanan Rusiya ilə danışıqlara başladı:

“Rusiyanın ilk prezidenti Boris Yeltsin adalarla bağlı Tokio ilə razılaşma əldə etməyə yaxın idi. Ancaq Yeltsinin ətrafı buna imkan vermədi. Vladimir Putin prezident seçiləndən sonra Tokio ilə danışıqları davam etdirdi. Ancaq Putin Yeltsindən fərqli olaraq, adalar məsələsində güzəştə getməyə hazır deyildi. Danışıqlar nəticə vermirdi. Buna baxmayaraq, Tokio ilə Moskva arasında dialoq davam edirdi, iki ölkə arasında iqtisadi əlaqələr və ticarət genişlənirdi. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Yaponiya ilə münasibətlərə də mənfi təsir etdi.

Yaponiya Qərbin Rusiyaya qarşı bir sıra sanksiya qərarlarına qoşuldu, bu, iqtisadi və ticarət əlaqələrinə mənfi təsir etdi. Bundan başqa, Rusiyada keçirilən referendumda Konstitusiyaya əlavə edilən bəndə görə, torpaq güzəşti qadağan edildi. Bu o demək idi ki, Rusiyanın Yaponiyaya adaları geri qaytarmaq qanuni yolla qadağandır. Yəni Putin və digəri bir gün Kuril adalarını Yaponiyaya qaytarmaq istəsə belə, bunu edə bilməyəcək. Konstitusiya prezidentə Kuril adalarını Yaponiyaya qaytarmağı qadağan edir. Bundan sonra Tokio anladı ki, adaların gələcək taleyi ilə bağlı Moskva ilə dialoqun davam etdirilməsi mənasızdır”.

Təhlildə qeyd edilir ki, Çin də Kuril adalarıyla bağlı mövqeyini Rusiyanın xeyrinə dəyişib:

“Çin uzun illər Kuril adaları məsələsində neytral siyasət yürüdürdü. Çinlə keçmiş SSRİ arasında 1964-cü ildə sərhəddə gərginlik baş vermişdi. Pekin həmin ildən başlayaraq Kuril adaları məsələsində Moskvanın mövqeyini dəstəkləməkdən imtina etmişdi. Çinin o zamankı Çin lideri Mao Tszedun faktiki bu məsələdə Yaponiyanı dəstəkləmişdi.

Pekin illərdir Kuril adalarıyla bağlı mövqe bildirmirdi. Ancaq üstündən 59 il keçdikdən sonra bu mövqeyini Moskvanın xeyrinə dəyişib. Çin lideri Si Cinpin Moskvada Putinlə görüşdən sonra Kuril adaları məsələsində bundan sonra Yaponiyanın mövqeyini dəstəkləməyəcəyini bildirib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password