Ərdoğanın projesi bomba effekti yaratdı – Komandaya elə birini gətirir ki…
Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini yaxından izləyən dünyanın media qurumları Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları və hakim partiyanın (AKP) seçki bəyannaməsinə yer verib.
ABŞ-ın “Blumberq” agentliyi Ərdoğanın iqtisadi manifestində seçkidən sonrakı yola dair ipuclarının olduğunu yazıb.
Təhlildə AKP-nin seçkidə qalib gələcəyi təqdirdə xarici siyasətdən tutmuş enerjiyə qədər geniş bir sferanı əhatə edən iddialı planları reallaşdırılacağı bildirilib.
Projedə seçkilərdən sonra güclü iqtisadi komandanın formalaşdırılması planı yer alıb. İnflyasiyanın hazırkı 50.5 faizdən birrəqəmliyə, işsizliyin isə 7 faizə endirilməsi də daxil olmaqla, bir sıra mühüm hədəflər qarşıya qoyulub.
Prezident Ərdoğanın ötən həftə keçmiş maliyyə naziri Məhmət Şimşəkin iqtisadi sahədə görüləcək işlərə töhfə verəcəyini dediyi xatırladılıb. Agentlik Şimşəki “birja dostu” adlandırıb.
“2028-ci ilə qədər ixrac hədəfi keçən ilki 254 milyard dollardan 400 milyard dollara yüksəldilib. Maliyyə vasitələrinin inkişaf etdirilməsi ilə lirə qənaətləri artırılacaq. Telekommunikasiya sahəsinə 67 milyard dollar sərmayənin qoyulması planlaşdırır.
Yeni konstitusiya səylərinə dair də işarələr var. Bundan başqa, AKP ölkədəki təxminən 5 milyon suriyalı qaçqının sayını azaltmağa çalışacaq”, – məqalədə vurğulanır.
İngiltərənin “Röyter” agentliyi isə yazır ki, Ərdoğan seçki bəyannaməsinə inflyasiyanın azaldılması vədini də daxil edib. Təhlildə Türkiyə prezidentinin bu fikrinə də yer verilib: “İnflyasiyanı birrəqəmliyə endirəcəyik, ölkəmizi bu problemdən mütləq xilas edəcəyik”.
Şimşəkə istinad edilən məqalədə Ərdoğanın keçmiş maliyyə nazirinin koordinasiyasında iqtisadi siyasəti gücləndirmək üçün bir komandanın çalışdığını söylədiyi bildirilib. 56 yaşlı Şimşəkin beynəlxalq sərmayəçilər tərəfindən çox hörmət edilən bir isim olduğu vurğulanıb.
BBC də Ərdoğanın seçki hazırlığına yer ayırıb.
“Əl-Cəzirə” isə qeyd edir ki, Ərdoğanın seçki manifestində iqtisadiyyat ön plandadır:
“Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkilərdə hakimiyyətini uzatmaq istəyərkən, partiyası inflyasiyanı birrəqəmliyə endirmək və iqtisadi artımı təmin etmək vədi ilə seçki kampaniyasına başlayıb”.
Yunanıstanın “Skai” televiziyası Ayasofya məsələsinin seçki manifestinə daxil edilməsinə diqqət çəkib.
Yunan televiziyası Ərdoğanın çıxışının Ayasofya ilə bağlı hissəsindən sitat gətirib. Prezident Ərdoğan çıxışında Ayasofyanın məscidə çevrilməsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Keçmişdə “bu coğrafiyada bunu etmək olmaz, cəsarət etməzlər” deyirdilər. Amma biz hər şeyin edilə biləcəyini sübut etdik”./teleqraf.com