Sorğuda son durum: İki ismin səsləri artdı – Yeni prezident kim olacaq?

 

Türkiyədə seçki tarixi yaxınlaşdıqca, namizədlərlə bağlı keçirilən sorğulara da maraq artır.

Bu məqamda “Areda” Araşdırmalar Mərkəzinin 18 478 nəfərlə apardığı sorğu da diqqət çəkir.

Sorğunun nəticələrinə görə, seçkinin birinci turunda Prezident Rəcəb Tayyib Ərdoğan 50.6, CHP sədri Kamal Kılıçdaroğlu 41.8, Məmləkət partiyasının sədri Məhərrəm İncə 5.5 və ATA İttifaqının namizədi Sinan Oğan 2.1 faiz səs toplayacaq.

“Bu bazar seçki keçirilsəydi, hansı partiyaya səs verərdiniz?” sualına cavab isə aşağıdakı kimi olub:

AKP – 40 faiz

CHP – 23.7 faiz,

HDP – 10.6 faiz

MHP – 8.1 faiz

İYİ Partiya – 7.5

Məmləkət Partiyası 3.5

Yenidən Rifah Partiyası – 1.9

Bu nəticələrə görə, Prezident Ərdoğan seçkidə birinci turda qalib gəlir, parlamentdəki yerlərin əksəriyyətini isə onun namizədliyini dəstəkləyən Cümhur İttifaqı tutur.

“Areda”nın sorğusuna əsasən, xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının 60 faizi seçkidə Prezident Ərdoğana səs verəcək.

Sorğuya görə, müxalifətdə səslərini artmağa meylli olan siyasətçi Məhərrəm İncədir, Kamal Kılıçdaroğlunun səsləri isə azalma tendensiyasındadır.

Səslərini bir qədər artıran partiya isə Cümhur İttifaqının ortağı Yenidən Rifah Partiyasıdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password