Süleyman Soylu: “Kimsə Türkiyənin böyüməsinə və inkişafına mane ola bilməyəcək”
“Kimsə Türkiyənin böyüməsinə, inkişafına mane ola bilməyəcək”.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu polisin yaranmasının 178-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O vurğulayıb ki, Türkiyə polisi terror və narkotiklə mübarizədən tutmuş sərhəd qaçaqmalçılığına və soyğunçuluğa qədər öz işinin öhdəsindən layiqincə gəlir.
S.Soylu fevralın 6-da baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Türkiyə polisinin fəaliyyətini yüksək qiymətləndirib.
Nazirin sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyi öz təcrübəsini həmçinin başqa ölkələrlə də bölüşür: “15 iyul çevriliş cəhdini həyata keçirənlər istəklərinə çatmadılar. Əlbəttə, polis təşkilatımızın da bu işdə xüsusi rolu oldu. İndi Türkiyə həmin vaxtdakından daha güclüdür”.
S.Soylu terrorla mübarizənin sonadək davam edəcəyini bildirib.