Moldova Azərbaycanın köməyi ilə qaz tədarükünü şaxələndirmək istəyir

 

Kişinyov azərbaycanlı investorları cəlb etməkdə və Bakının hesabına qaz tədarükü mənbələrinin şaxələndirilməsində maraqlıdır.

Bu barədə Moldovanın baş nazirinin müavini və xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfovla görüşdən sonra özünün “Telegram” kanalında yazıb.

“Mən Moldovanın birgə layihələrin həyata keçirilməsi üçün respublikaya mümkün qədər çox azərbaycanlı investor cəlb etməkdə maraqlı olduğunu vurğuladım. Ölkəmiz təbii qazın tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır”, – deyə N.Popesku bildirib.

Moldova baş nazirinin müavini Moldova-Azərbaycan diplomatik əlaqələrinin qurulmasından sonra əldə olunan nəticələri yüksək qiymətləndirib, həmçinin Kişinyovun Bakı ilə enerji, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına açıq olduğunu bildirib.

Bundan əlavə, tərəflər Moldova ilə Azərbaycan arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət mövzusuna da toxunublar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password