Dövlət Komissiyası itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinin siyahısını açıqlayıb
“Azad edilmiş və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərimizdə məzar yerləri mövcuddur”.
Bunu müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas kəndi istiqamətində, Kəlbəcər rayonunun Bağırlı, Yanşaq, Qamışlıq, Ağdaban kəndi yaxınlığında, “Buzluq” dağı adlanan ərazidə, “Murovdağ” yüksəkliyində, Kəlbəcər şəhəri ərazisində, Suqovuşan kəndində, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Güllücə kəndləri, Qubadlı rayonunun Göyyal kəndi, Şuşa şəhərindəki qəbiristanlıqda, Xocavənd rayonunun Edilli kəndi və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının, həmçinin keçmiş Ağdərə rayonunun ərazisində məzar yerləri mövcuddur.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz