İncə “Masa”nı alt-üst etdi – “Ərdoğan birinci turda məsələni həll edəcək”

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Həmzə Dağ qarşıdan gələn seçkilər və sorğularla bağlı son duruma dair açıqlama verib.

AKP rəsmisi müxalifətin “Yeddilik” blokunun səslərinin bir hissəsinin Məmləkət Partiyası və onun sədri Məhərrəm İncəyə getdiyini deyib.

Dağ seçki yaxınlaşdıqca qərarsız seçicilərin AKP-yə tərəf yönəldiklərinə də söyləyib.

“Partiya və Cümhur İttifaqı olaraq sorğularda öndəyik. Prezidentimiz qabaqdadır. İnşallah, ilk turda qalib gələcəyik. Yaxşı bir fərq var. Məhərrəm İncə faktoru da mövcuddur. İncənin təxminən 10 faizlik öz səsi var. Seçkiyə qədər bunun belə qala biləcəyinə tam əmin deyiləm. Kampaniya dövrü önəmli olacaq. Məhərrəm İncənin performansı da önəmlidir. İncənin bu qədər səs toplamasının səbəbi nədir? Əsas məsələ budur. Noyabrda, dekabrda, yanvarda bu belə deyildi, fevralda 0-1 idi, martdan sonra isə 10 faiz səsdən danışırıq. Partiya 4-5 civarındadır. Səbəbi “Yeddilik Masası”nın namizədinin dəstəklənməməsi və qəbul edilməməsidir”, – AKP sədrinin müavini vurğulayıb.

Həmzə Dağ Prezident Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gəlmə ehtimalına da toxunub:

“Allahın izni ilə bu seçkidə birinci turda qalib gələcəyik və hazırda qalib gəlmək durumundayıq. Əlbəttə, birinci turda cənab Rəcəb Tayyib Ərdoğan prezident seçiləcək.

Bir üstünlüyümüz də var. AKP Türkiyənin hər yerindən səs alan siyasi partiyadır. Ona görə də həmişə parlamentdə təmsilçilik üçün nisbətdən yüksək yer qazanırıq. İllərdir belədir. Normal durumda parlamentdə 240-245 mandat qazanmalıyıq. Amma ötən dəfə 300 deputatımız parlamentə daxil oldu. CHP isə 25 faiz səs alır. 25 faiz səslə 150 ​​deputat yeri qazanmalıdır, amma 130 yer ala bilir. Çünki Türkiyənin hər yerində nümayəndəliyimiz var, aldığımız səsdən daha çox yer qazanırıq”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password