Bakı-Tehran gərginliyi: Kreml hansı addım atır? – Markov

 

Rusiyanın hazırda münasibətlərində gərginlik yaşanan hər iki ölkə – həm Azərbaycan, həm də İranla tərəfdaş, dost əlaqələri var.

Bu sözləri tanınmış rusiyalı siyasi şərhçi Sergey Markov Azərbaycanla İran arasında münasibətlərin səviyyəsinin aşağı düşməsi haqda danışarkən deyib.

O bildirib ki, vaxtilə Rusiya-İran münasibətləri də yaxşı deyildi:

“Rusiyanın bir vaxtlar İranla münasibətləri də gərgin idi. Bu, Xameneinin Rusiyanı “balaca şeytan” adlandırdığı zamanlara aiddir. Sonra bu münasibətlər tədricən yaxşılaşmağa başladı və pozitiv, neytral bir əlaqələr formalaşdı.

Rusiya nüvə proqramı ilə bağlı İrana qarşı qoyulan sanksiyalarda iştirak etmədi. Xüsusi hərbi əməliyyat başlayandan sonra isə Rusiya ilə İran arasında münasibətlər daha da yaxşılaşdı. Ona görə ki, İran Rusiyaya müxtəlif hərbi sursatlar göndərməyə başladı”.

Markovun sözlərinə görə, Rusiyanın Azərbaycana münasibəti xüsusidir:

“Çünki Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Amma iranlılar bizdə çox azdı. Mədəniyyətlərarası və insani münasibətlər İranla müqayisədə Azərbaycanla ikiqat daha əhəmiyyətlidir. Ona görə, Rusiya ölkər arasında olan gərginliyin azaldılması üçün üzdə görünməyən böyük aktivlik göstərir”.

Ekspert vurğulayıb ki, Rusiya gərginliyi azaltmaq üçün səy göstərsə də, konkret mövqe bildirməyəcək:

“İranla Azərbaycan arasında münaqişə yaradacaq səviyyədə ziddiyyət yoxdur. Rusiyanın baxışına görə, münaqişə ehtimalı çox azdır. Gərginlik artacaq, müəyyən bəyanatlar olacaq, lakin münaqişəsiz ötüşəcək. Unutmayaq ki, İranla Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi kimi ümumi layihələri var”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password