Azərbaycan və Türkiyə Avropaya qaz nəqli üçün birgə şirkət yaradacaqlar – Nazir

 

Türkiyə qaz hab üzrə Azərbaycanla müştərək müəssisənin yaradılmasına dair razılaşmalar var.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

Onun sözlərinə görə, Türkiyə parlamenti beynəlxalq qaz ticarət mərkəzinin, qaz habının fəaliyyəti üçün qanunvericiliyə zəruri dəyişiklik prosesinə başlayıb.

“Qaz qovşağı kontekstində ilk qanunvericilik qərarları parlamentdən keçdi. Onların sayəsində Botaş (Türkiyə neft-qaz şirkəti) və digər şirkətlər daha sürətli və asan işləyə biləcəklər. Habın açılışı ilə qiymətlər də azalacaq ki, bu da Avropa üçün vacibdir”, – nazir bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyə qazın Avropaya nəqli və satışı üzrə digər ölkələrlə əməkdaşlıq variantlarını nəzərdən keçirir. Xüsusilə də bu hab üzrə Azərbaycanla müştərək müəssisənin yaradılmasına dair razılaşmalar var.

F.Dönməz xatırladıb ki, Türkiyənin ildə təxminən 100 milyard kubmetr qaz almaq imkanı var, bunun 60 milyard kubmetrini özü istehlak edir, 40 milyardını isə qonşu ölkələrə sata bilər. Onun sözlərinə görə, əvvəlki qanunvericilik istixana qazlarının ixracı imkanları baxımından çoxsaylı məhdudiyyətlər nəzərdə tuturdu.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password