NATO-nun “Türkiyədə yeni prezident seçiləcək” açıqlaması…

 

NATO Baş katibinin müavini Mirça Coananın sözləri Türkiyədəki seçkilərə müdaxilə edilməsi mənasını daşıyır. Türk xalqı kimi prezident seçəcəyinə özü qərar verəcək. Coana bu sözlər yerinə Türkiyənin İsveçə NATO-ya üzvlüklə bağlı PKK-ya dəstəyi kəsmək şərtini yerinə yetirməyi, islami dəyərlərin təhqir edilməsinin qarşısını almağı xatırlatsa, daha yaxşı olardı.

Bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat Mirça Coananı sözlərinə görə şiddətli şəkildə qınadığını vurğulayıb:

“Türkiyə Finlandiyanın üzvlüyünə niyə razı oldu? Çünki Finlandiya dövlətimizin şərtlərini qəbul etdi. İsveç hökuməti və kənardan prosesə müdaxilə edənlər insan hüquqları deyə-deyə ölkəni hüquq zibilliyinə çevirməməlidirlər. Orada ölkəmizə və xalqımıza qarşı nifrət bəsləyən və müxtəlif terror təşkilatlarının üzvləri var. Sanki qarşımızda terror təşkilatlarının əsirinə çevrilən bir İsveç hökuməti mövcuddur. Yeni prezident seçiləcəyi təqdirdə üzv ola biləcəkləri haqqında xam xəyal qurmasınlar. Belə bir şey mümkün deyil. Əgər üzv olmaq istəyirlərsə, şərtləri yerinə yetirməlidirlər. Eyni zamanda verilən açıqlama xalqımızın iradəsinə müdaxilədir. Bir diplomat kimi verilən açıqlamanı şiddətlə qınayır və pisləyirəm. Öz işləri ilə məşğul olsunlar. Bu cür açıqlama vermək NATO Baş katibinin müavininə düşməz. Türkiyə qəbilə dövləti deyil. İsveç də əgər NATO üzvü olmaq istəyirsə, şərtləri qəbul etməlidir. Başqa yol yoxdur!”

Qeyd edək ki, NATO Baş katibinin müavini Mirça Coana Türkiyədə prezident seçkiləri olacağını və yeni prezidenti seçiləcəyini bildirib. Coana bu səbəbə görə İsveçin təşkilatın 32-ci üzvü olacağına əminliklərini vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password