Erməni uşaqlarının azərbaycanlılara qarşı nifrəti

 

Sosial şəbəkələrdə Ermənistandakı təhsil müəssisələrindən birindən kadrlar yayılıb. Görüntülərdə uşaqların necə azərbaycanafobiyanın qurbanları olduqları əyani şəkildə görünür.

Beləliklə, kadrlarda uşaqların sualların əksəriyyətinə Azərbaycana və türklərə qarşı nifrət ruhunda cavab verdikləri görünür, hərçənd, sualların özündə nə azərbaycanlıların, nə də türklərin adı çəkilir.

Məsələn, “əsgərlər nə edir?” sualına erməni oğlan uşağı belə cavab verir: “Türklərlə döyüşür”.

Sonrakı suallar da eyni ruhda davam edir: “Əsgərlər gecələr ona görə yatmırlar ki, türklər gəlib torpaqlarımızı almasınlar”, “əsgərlər türklərə atəş açırlar”, “ordu olmasa idi, türklər bütün erməniləri öldürərdilər”, “türklər erməniləri öldürəcəklər, qulaqlarını kəsəcəklər, Ermənistanı alacaqlar”.

Bütün bunlar bu qədər məyusedici olmasaydı, çox gülməli olardı. Axı, bu sözlər erkən yaşlardan bu cür düşüncələrin və nifrətin aşılandığı körpələrin ağzından çıxır.

Bu, Ermənistanın həqiqi simasını, riyakarlığını göstərir. Uşaqlarda Azərbaycana və türklərə qarşı nifrətin aşılanması ədavəti əsrlərlə uzatmaq və bunu gələcək nəsillərə ötürmək istəyindən xəbər verir. Bunu edən isə guya “Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamaq” istəyindən danışan ölkədir. Normal hökumətlər gələcək nəsillərə stabil, dinc ölkə ötürmək istədiyi halda, Ermənistan qonşusu ilə düşmən münasibətlərinə faktiki olaraq sərmayə qoyur./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password