İran parlamenti Azərbaycana qarşı bəyanat qəbul etdi

 

İran parlamenti İsraildə səfirlik açdığı üçün 210 səslə Azərbaycana qarşı bəyanat qəbul edib.

Bununla bağlı İran mətbuatı məlumat yayıb.

Bəyanatda səfirliyin açılmasının mənfi siyasi nəticələrinin olacağı bildirilib, eyni zamanda XİN-ə bununla bağlı addımlar atmaq tövsiyə edilib.

Sənədi qəbul edən vəkillər Azərbaycanın Fələstində nümayəndəlik açmasını bilərəkdən görməzdən gəliblər, üstəlik dünya müsəlmanlarının ölkəmizi məzlum fələstinlilərin qətli və cinayətində İsrailin şəriki hesab edəcəyini vurğulayıblar.

Onlar eyni zamanda İsraildə səfirlik açılmasını “məzlum Fələstinin fundamental hüquqlarının” pozulması kimi qələmə verib və bütün müsəlman ölkələrini, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatını bu addımı qınamağa çağırıblar./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password