Zahid Nuriyev Yol İstismar MMC-dən niyə uzaqlaşdırıldı, oğluna vəzifəni necə aldı?
Xəbər verildiyi kimi dünən prezident “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ləğv edildi. Hər iki qurum Prezident İlham Əliyev fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərkibinə verilib. Ümumiyyətlə Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırırlar. Bu ASC-lərə ötən illər ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə də, əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalmaqdadır.
El götürək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini. Büdcə vəsaitlərindən əlavə hər il Prezidentin sərəncamı ilə ayrı-ayrı rayonlarda çəkiləcək yolların tikintisinə milyonlarla manat ayrılır. AAYDA-nın tabeliyində demək olar ki, hər rayonda yol-istismar idarələri olsa da, bu idarələr bir kənarda saxlanılır, əvəzində isə böyük maliyyə imkanlarına sahib olan şəxslərin nəzarətindəki MMC-lər respublikadaxili strateji yolların tikintisinə cəlb olunurlar. Amma həmin MMC-lərin çoxunun nə yol tikintisində təcürbəsi var, nə də müvafiq texnikaları. Texnikaların böyük hissəsi icarəyə götürülərək, layihələrdə istifadə olunur ki, bu da əlavə vəsait sərfiyyatı deməkdir. Bu isə büdcə pullarının təyinatından yayındırılmasına imkan yaratmaqla yanaşı, işin keyfiyyətinə də mənfi təsir edir.
Məsələn, əldə etdiyimiz məlumata görə 15 saylı Yol İstismar MMC-də vaxtı ilə büdcə vəsaitlərinin silinməsi işlərində aktiv rol oynayıb. Belə pul silinmələri zamanı İdarənin rəisi Cavid Qurbanov tərəfindən vəzifəyə qoyulmuş Zahid Nuriyev o qədər ağ edib ki, axırda AAYDA sədri Saleh Məmmədov onu 2021-ci ilin martında tutduğu vəzifəsindən azad etmək zorunda qalıb. Doğrudur, həmin vaxt vəzifəsindən azad edilən tək Zahid Nuriyev olmamışdı. Onunla yanaşı vəzifəsini itirən şəxslər arasında Samux rayon Yol İstismar İdarəsinin rəisi Zakir Quliyev, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əliheybət Şirinov da vardı.
Bəs sonra nələr baş verdi?
O baş verdi ki, Saleh Məmmədov onları azad etsə də, əvəzinə onların oğullarını və yaxınlarını yenə bu vəzifələrə təyin etdi. Məsələn, Zahid Nuriyevin yerinə oğlu Vüqar Nuriyev “17 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə rəis təyin etdi. Məlumatlara görə AAYDA sədri bununla Zahid Nuriyevlə aralarındakı şərik işlərini örtbasdır etmiş olub.
Zahid Nuriyevin vəzifədən azad etməsinə isə səbəblər və şikayətlər çox idi. Məsələn, 5 il əvvəl Cəlilabadda çəkdiyi yol hazırda tamamilə yoxa çıxıb desək, yəqin ki, yanılmarıq. Çünki, Cəlilabad rayonunda torpaq bərk suxurlu yox, yumşaq torpaqdan ibarətdir. Zahid Nuriyev də, yol işindən elementar anlayışı olmadığı üçün yol yatağının laylarını, bərk cisimdən, yuyulmuş və doğranmış çınqıl və şeben materialından və üst qatın narın qum təbəqəsi səpmədən birbaşa yumşaq torpaq üzərinə iki qat asphalt səpməklə işini bitmiş hesab etmişdir. Bu gün nəticə göz qabağındadır. Yerli sakinlər yenə asfalt yola həsrətdirlər. Digər fakt ondan ibarətdir ki, Bakının “Koroğlu” dairəsindən üzü “Sabunçu” dairəsinə gedən 3 km-lik, eni 74 m olan hissədə 3 il öncə apardığı yeni asfalt hissəsi də bu gün demək olar ki, yarasız vəziyyətə düşməkdədir. Baxmayaraq ki, aeroport yolu kimi tanınan və 15 ildir ki, istifadəyə verilən 14 km-lik yol yenə yaxşı vəziyyətdə qalmaqdadır. Zahid Nuriyev Bakı şəhəri üzrə balansında olan yolların saxlanmasına və təmirinə baxmaq əvəzinə, ayrılan investisiyanı öz bildiyi yolların çəkilişinə və ehtiyac olmayan yerlərin təmirinə sərf etməklə, əslində “pulsilmə” əməliyyatını uğurla həyata keçirmişdir. Hal hazırda da vaxtilə polis sistemində işləyən oğlunu “17 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə rəis təyin etdirsə də, faktiki rəisliyi özü etməkdədir və Balaxanıdakı özünə məxsus asfalt zavodunda AAYDA ilə işbirliyini davam etdirir.
Nəticədə Zahid Nuriyev özünə milyonlar qazanıb. Novxanıda villalara, Corat qəsəbəsində dəbdəbəli otelə, Nərimanov rayonun Əhməd Rəcəbli küçəsində çoxsaylı milyonluq mülklərə sahib olub. Sotu 250-300 min manata olan ərazidə də altı mağaza, üstü otel olan böyük obyekt tikdirib icarəyə verib. Kürəkəni ilə oğlu son model 300 seriyalı Galenvagen” və “Range rover” markalı bahalı avtomobilləri sürürlər. İdarə maşınının sürücüsü Qəhrəman da rəhbərin ailəsinə xidmət edir. Zahid özünə və Suraxanı Yol İstismar İdarəsində rəis işləyən kürəkəni Müşfiqə Maştağa yolunun üstündəki “Savalan” yaşayış massivində yanaşı ikimərtəbəli villalar tikdirib. Və bildirilir ki, bütün bu cah-cəlal asfaltın keyfiyyətindən oğurlanan vəsait hesabınadır. Yerdən qaşınan frezi xammal kimi təzə adıyla asfalt yerinə döşəyirlər.
Mənbəmizin verdiyi məlumata görə Zahid Nuriyev PORT-BAKU yaşayış massivində bir binanın bir mərtəbəsini, Neftçilər metrosunda bir neçə mənzil, Suraxanı rayonunda bir neçə mənzilə sahib olub. Türkiyədə də biznes qurmağı bacarıb.
Aktualinfo.org