Təhlükənin miqyası böyüyür – Rusiya daha üç ölkəni hədəfə aldı

 

Rusiya Prezidenti Vladimir Putinin Belarusa təhvil verməyi planlaşdırdığı silahlar strateji nüvə silahları deyil, buraxılması Yer kürəsində həyata son verə biləcək nəhəng qitələrarası ballistik raketlərdir.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Taktiki nüvə silahları daha kiçikdir, adi döyüş meydanında istifadə edilə bilər. ABŞ telekanlı qeyd edir ki, Rusiya lideri son bir ildə, xüsusən Ukraynadakı hərbi əməliyyatı uğursuzluqla nəticələndikdən sonra tez-tez dünyanı nüvə müharibəsi ilə hədələyir.

“Bu, Putinin bəyanatlarının kontekstini izah etməyə kömək edə bilər. O, hazırda çoxlu problemləri olan bir insandır. Rusiya qoşunları Ukrayna şəhərlərini havadan atəşə tutur, amma quru müharibəsində çox da irəliləyiş yoxdur”, – məlumatda deyilir.

Çinlə bir neçə yeni ticarət sazişindən başqa, Putin Çin lideri Si Cinpinlə keçirdiyi görüşdən çox az şey əldə etdi. Rusiya indi Çinin kiçik tərəfdaşı kimi görünür.

CNN vurğulayır ki, Putin verdiyi qərara görə günahı başqasının üzərinə ataraq, bunu Böyük Britaniyanın Ukraynanı tərkibində tükənmiş uran olan tank əleyhinə sursatla təmin etməsinə cavab olaraq qəbul etdiyini bildirib.

Putin deyir ki, bu, təhlükəli eskalasiyaya yol aça bilər. Britaniya bunu təkzib edərək, sursatların yalnız normal məqsədlər üçün istifadə edildiyini vurğulayır.

Putin onu da qeyd edib ki, Rusiya Belarusda iyul ayına qədər hazır olacaq taktiki nüvə silahı anbarı tikir. O, taktiki silahın göndərilməsi ilə bağlı konkret tarix açıqlamayıb. O da maraqlıdır ki, Rusiya lideri uzun müddətdir bu silahları tələb edən Belarus Prezidenti Aleksandr Lukaşenkoya verməyəcəyini söyləmişdi.

Diplomatlardan birinin CNN-ə dediyinə görə, Belarusda yerləşdiriləcək silahlara Rusiya tərəfindən xidmət göstərilməli olacaq, bu da Lukaşenkonun Putindən asılılığının daha böyük olduğunun göstəricisidir.

ABŞ telekanalı iddia edir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarusa göndərilməsi onu təkcə Ukraynaya deyil, həm də NATO üzvləri olan Polşa, Litva və Latviyaya yaxınlaşdırır. Bu, Avropada təhlükənin səviyyəsini artırır, Putin istədiyi də budur.

Rusiya prezidenti martın 25-də Belarusda taktiki nüvə silahlarının yerləşdiriləcəyini açıqlayıb. Belarusda nüvə silahları üçün anbarın tikintisi iyulun 1-də başa çatacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password