Bölgədə yeni hərbi ittifaq qurulur – O ölkə də Rusiya və İrana qoşuldu

 

Rusiya, İran və Çin martın 15-dən başlayaraq Oman körfəzində 4 günlük birgə hərbi təlimlər keçirib. Bundan əvvəl fevralın 17-də Rusiya, Çin və Cənubi Afrika Respbulikası Hind okeanında 10 günlük birgə hərbi təlimlər keçirmişdilər. Hazırki hərbi təlimlər “Dəniz təhlükəsizliyi – 2023” adlanırdı. Üç ölkə arasında oxşar birgə hərbi təlimlər 2019-cu ildə də olub. Həmin təlimlər Oman körfəzi ilə yanaşı, Hind okeanını da əhatə edib.

Bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri xatırladırlar ki, ABŞ Rusiya, İran və Çinə qarşı müxtəlif sanksiyalar tətbiq edir:

“İsrail İranı uranı zənginləşdirməsinə və bölgədəki müxtəlif qrupları silahlandırdığına görə hədəf götürüb. Buna görə də Rusiya-Çin-İran birgə hərbi təlimləri Qərb ölkələrinin, o cümlədən İsrailin narahatlığına səbəb olub. Hərbi təlimlər zamanı dəniz quldurlarına qarşı birgə mübarizə sınaqdan keçirilsə də, fərqli məqsədlər də var. Təlimlərdə gündüz və axşam saatlarında atışlar həyata keçirilib.

Çin İrandan neft alır. Ona görə də Çin üçün vacib olan nefti İran sahillərindən təhlükəsiz şəkildə daşımaqdır. Pekin buna görə ortaq təlimlərə önəm verir. İran da neftini təhlükəsiz şəraidə Çin sahillərinə çatdırmaq istəyir.

Bəs Rusiyanın bu təlimlərdə marağı nə idi?

Rusiya sadəcə gücünü ABŞ-a göstərməyə çalışır. Ukraynada işğalçı müharibə aparan Rusiyanın Avrasiya və Yaxın Şərq bölgələrində də fəal olduğunu nümayiş etdirmək istəyir. Rusiyanın bir başqa məqsədi də var. Moskva bu təlimlərlə Vaşinqtona mesaj göndərir ki, tankerlərin okeanlarda təhlükəsiz hərəkətinə nəzarət etmək imkanına malikdir. Yəni Rusiya Avropanın enerji bazarından uzaqlaşdırılsa da, hərbi təlimlərdə iştirak vasitəsilə dünyanın digər bazarlarında fəal olacağına işarə edir”.

Təhlildə vurğulanır ki, ABŞ rəqiblərinin təlimlərini yaxın məsafədən gəmiləri vasitəsilə izləyib:

“Amerikanın həmişə Oman körfəzində hərbi dəniz qüvvələri olub.

Moskva-Tehran-Pekin üçbucağı Vaşinqton üçün ciddi təhlükə mənbəyidir. Vaşinqton bu ittifaqı zəiflətmək üçün dövlətlərdən biri ilə sıx əməkdaşlığa malik olmalıdır. Ancaq Vaşinqtonun hər üçü ilə münasibətləri gərgindir. Vaşiqnton Çini oyundankənar vəziyyətə salmaq istəyir. Ancaq hələlik bunu reallaşdıra bilmir. Pekin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmir. Ancaq Pekin eyni zamanda Kremli müharibəyə görə qınamır. Əksinə, Çin lideri Si Cinpinin Moskvaya səfəri başlayıb. Dostu Vladimir Putinlə tərəfdaşlığın genişləndirilməsi mövzularını müzakirə edəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password