Putinə həbs qərarı: Tarixdə ilk dəfədir ki… – Matviyçuk
Tarixdə ilk dəfədir ki, Beynəlxalq Cinayət Məhkəməsi nüvə gücünün və BMT TŞ-nin daimi üzvü olan dövlətin rəhbərinə qarşı həbs orderi çıxarır.
Bunu Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi təşkilatının rəhbəri Aleksandr Matviyçuk bildirib.
Matviyçuk Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinin həbsinə order verməsini görünməmiş cəsarətli addım adlandırıb. Onun sözlərinə görə, bu, o deməkdir ki, Putinə “hərbi cinayətkar olduğu” haqda ittiham irəli sürülüb.
Buna baxmayaraq, o, Beynəlxalq Cinayət Məhkəməsində qiyabi məhkəmə prosesi aparılmadığını vurğulayıb:
“Putin gec-tez yaxşı vəkillər axtarmalı və Beynəlxalq Cinayət Məhkəməsində özünü müdafiə etməli olacaq. Təəssüflər olsun ki, qiyabi məhkəmə prosesi yoxdur, ona görə də onun məhkəmədə olması lazımdır, bundan sonra onun bəzi prosessual məsələlərə etiraz etmək imkanı olacaq”.
Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.